“ARB-NİN İMKANLARI OLUB Kİ, BUNUN QARŞISINI ALSIN...”

ARB televiziyasında aparıcının Afşin Azərini aşağılaması və alçaltması, efirdən qovması nəinki etik sərhədləri aşmaqdır, həm də ciddi qanun pozuntusudur.

Bu fikirləri “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Formunun Prezidenti, eyni zamanda AzTU-da İctimai Şuranın üzvü Osman Gündüz bildirib.

Burada açıq-aşkar şərəf və ləyaqətin alçaldılmasına , nüfuzdan salınmaya yönəlik hərəkətlər olub.

Eyni zamanda, veriliş canlı yayımlanmasına baxmayaraq, ARB televiziyasının da imkanları olub ki, bunun qarşısını alsın.

Lakin göründüyü kimi, cavabdeh şəxslər buna əməl etməyib. Bu baxımdan, ARB TV efirdə baş verənlərə görə məsuliyyət daşıyır.

Düşünürəm ki, Audiovizual Şura, MEDİA Agentliyi və Mətbuat Şurası ARB-nin adı çəkilən verilişində qanunvericiliyin tələblərinin və etik prinsiplərin pozulmasına münasibət bildirməli və sərt tədbirlər görməlidir.

Xatırladaq ki, ötən gün ARB-TV-də canlı yayımlanan “Həmin Zaur” verlişində aparıcı Zaur Kamal İranlı müğənni Afşin Azərini bəhanələrlə aşağılayıb, hörmətsiz davranıb, hətta efirdən qovub...

 

 Y.MƏMMƏDLİ


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA