booked.netbooked.net booked.net  

 

Bütün dövrlərdə xalqda milli mənlik şüurunu oyatmaq əhəmiyyətli bir vəzifə olmuşdur.

Pin It

“Hörmətli Asif Mərzili! Bu ədəbi oçerki yeni nəşr ediləcək “Ədəbiyyat tarixi” üçün yazmışam. Hələ ki, heç bir yerdə dərc edilməyibdir. Ənvər Əhmədin haqq dünyasına qovuşduğu hamımızı kədərləndirdi. Təsəlli üçün bu ədəbi oçerki dərc etməyinizi, xahiş edirəm!

Hörmətlə: Qurban Bayramov, tənqidçi-ədəbiyyatşünas

17.02 2022”.

Pin It

...Metin Çengiz Türkiyənin  beynəlxalq miqyasda tanınan görkəmli şairlərindən biridir.

O eyni zamanda tərcüməçi, naşir və müasir beynəlxalq poeziyanın təbliğatçısı kimi də  ün qazanmışdır. 1977-ci ildə Ərzurum Atatürk Universiteti Təməl Elmlər və Xarici Dillər Fakültəsinin Fransız dili bölməsini bitirmişdir. Müxtəlif tarixlərdə siyasi jurnallar nəşr etdiyinə və siyasi fəaliyyətinə görə dəfələrlə həbs olunub. 1977-1987-ci illərdə Ərzurum, Qars və İstanbulda fransız dilindən dərs deyib. Günaydın Qəzeti, E Yayınları, Sosyal nəşrlər, Papirus nəşrləri və Tüyapda redaktor və tərcüməçi vəzifələrində çalışıb. 2005-ci ildə şair dostları ilə birlikdə şeir və onun problemləri ilə bağlı nəşrlər çıxarmaq üçün sonradan “Şeir nəşriyyatı”na çevrilən “Diqraf” nəşriyyatını təsis edib. 2010-cu ildən (sentyabrda) “Şeirdən” jurnalını nəşr etməyə başlayıb. Şeirləri alman, ərəb, alban, Azərbaycan, bolqar, bosniya, çin, fars, fransız, xorvat, ivrit, ingilis, ispan, italyan, hindi, yapon, kürd, polyak, litva, macar, makedon, özbək, portuqal, Rumın, Rus, Serb, Slovak, Sloven, Vyetnam və Yunan dillərinə tərcümə edilmiş, jurnallarda, qəzetlərdə, antologiyalarda çap olunmuşdur. Bundan əlavə, şeirləri Levant (2009, Montpellier, Fransa), Convorbiri Literare (Rumıniya, iyul 2011) və Poesia (Romanya, 2011) jurnallarında fayl halında türk dilində çap olunub.

Onun redaktoru olduğu Çağdaş 17 Türk Şairi antologiyası Harmattan nəşriyyatı(2009, Paris) tərəfindən, Jaime B. Rosa ilə birgə redakte etdiyi Çağdaş Türk Poeziyasının Antologiyası İspaniyada nəşr olunub (2013); Vito İntini ilə birlikdə hazırladığı “Antologia di poeti italiani e turchi/ Türk və İtalyan şairlər antologiyası” İtaliyada “Como Cerchi Sull'acqua/ Suda Üzük kimisən” (2014, Grafiche Vito Radio) adı ilə nəşr olunub.). Onun fransız şairi Mişel Menasse ilə əməkdaşlığı nəticəsində fransız və türk şairlərindən tərcümələr edilib. Türk şairlərinin şeirləri “Europe” jurnalında “Voix d'İstanbul” (İstanbulun Səsi) fayl adı ilə dərc olunub (2014, №:1019). Bir çox  beynəlhaq ədəbiyyat mükafatlaarına layiq görülüb.

YOL KƏNARINDAKI SÖYÜD AĞACININ TÜRKÜSÜ

Söyüd ağacı uğunup dururdu,

sanki göy bir qurdu boğurdu.

Təlaşlı, üzgün və qızğın çarpışmalarla

budaqlar və yarpaqlar döyürdu bir-birini.

On dördündə bir qızın rüzgardakı saçları kimi

hər salxımı ayrı bir hörük hörürdü.

Zəyif, cılız bir söyüd ağacıydı o.

 

Bu yol kənarında, ölümdən belə uzaq

gecə yarısının dadlı qoynunda

paylaşar talehini bir təkər  ustasıyala

bu ipini yelə vermiş dünyanın.

Gəlib keçənlərin baxışlarına açıq

sanki dəlixanadan qaçanın biridir

yumruqlayıb durmadaydı  başını.

 

Dərdi nəydi, aşiqmiydi bir yolçuya, bilinməz

sahilləri döyən dalğalara bənziyirdi budaqları

Yapraqları sıçrayan sulara qayalıqlarda

Özünü  mütləq bir rəqqas sanırdı.

 

Bir qolu sola bir qolu sağa, bir röya

havada dolanırdı.

Sonra əyilib yıxıldı önə doğru 

bütün gözəlliyiylə sallanırdı.    

Əllər öndə qovuşub, sevinçdən uçaraq

öpüşürdü dəfələrlə, -yuyunaraq güzgüdə

bir-birinə aşıq iki gənç kimi.

Səni primitiv səssizliğin söyüdü, səni

İstanbula götürmək var qoxlamaq üçün

çiçək yerinə, sabah axşam

və sarılmaq gecənin qollarıyla.

O canım yabanılığınla nə gözəl nəğmə olurdun

Ocaq qalayardın pərişan ruhumda

Dağ-daş da danışmağa başlardı amma

bu cazibənlə, bu huyunla sən

tezcə bezərdin bezərdin məndən

özlərdin gəlib keçənləri yoldan.

Yaxşısı budur qal yerində

Oynayıb dur.

RƏBBİM SƏNƏ TƏŞƏKKÜR

Rəbbim, sənə təşəkkür edirəm

Verdiğin meyvə  və tərəvəz üçün

Çörək üçün, şərab və araq üçün

Evimizdəki mətah əşyalar

Yataq üçün, yorğan üçün

Rabbim, verdiyin doyumluq nemət

Gün işığı üçün, gecə üçün

Gecədə doğan ulduzlar üçün

Şəhvətlə baxan ay üçün

Fit  çalan uşqalar üçün aya

Hər şey üçün Rabbim, hər şey üçün

Çəkdiyimiz yoxsulluq üçün belə

Ən çox da sevgilim üçün Rəbbim

Onun öpüşləri, sarılmaları üçün

Bədəni üçün, saçı üçün

Təşəkkür edirəm Rabbim

Amma nə olar qısqanma bizi

Səndə yox diyə verdiklərin

Burnumuzdan gətirmə zəhər etmə bizə

Dilərsən bir keçmişə dön də

Bax beləcə nə var nə yox deyə

Bir də kiçicik bir ricamız var

Biz durarkən Rabbim, sən bunalımqdan söz etmə.

GƏNÇ BİR ŞAİRİN SUALINA CAVAB

Gənç bir şair soruşmuşdu bir gün içkinin buğuyla

yuyunarkən beynimiz və durulanırkən şerin havasıyla.

Necə bitdiyini anlayarsan bir şerin, sözlər

uçuşub durarkən oradan oraya və sevişərkən

aşiqlər kimi hərkəsin önündə.

 

Xatırlamıram imdi necə bir görüntüylə yağdığım yerə

amma yazmışam bürüşük bir kağıza, qatlayıb

cibimə qoyduğum və tarixini diqqətlə yazdığım…

 

“Hüzünlü bir sevinçlə işıldıyırsa

şeirin üçünüzdə bellə, kürəklə açtığı yol,

bərk sarılın, buraxmayın bu sərxoşluqla

çiçək açıp günəşlənsin sipirt”

OĞLUMLA EYNİ YOLDA AYRI GÖYLƏR KİMİYİK

 Oğlumla eyni yolda ayrı göylər kimiyik

dəyişik günlərin rəngiylə açan. Qanat qanada

uçan iki tanrı, hər birimiz bir iz peşində

qoşar, yorulunca insanıq deyərik.

Sıra eşqə gəldiyi zaman, dəyərli daşlar

var kimi qazılan yerdə, bəlirsiz bir günəş

yaramaz bir uşaqla sanki oynayıb durar

yalanı yaşamağa hazır ürəyimdə.

 

Oğlum daha gənç. Sözləri külçə kimi

ağır, bir ilan daşısa da köksündə

gündən-günə böyüyən, bir ağrı və ağı

sözündə, insanı sehirlə qonaq edər.

Belə dedi oğlum, bir odadan bir odaya keçərkən:

eşqim, qışda yağan qara bənzətdi məni

rüzgar sovurub dururkən küçədən küçəyə

günəş iliklərimə işlədi.

DÖYÜŞ

Hər yerdə döyüşün qoxusunu alırıq

yalnız adı da olsa burnumuza vurur

təzə çörək qoxusu kimi uzaqdan.

Sanki biriləri içimizdə vuruşur

həyat ölümü sınayır silahıyla

kəlimələrin qanını axıdaraq.

Ekranlar elə yaxın ki göy üzünə

tanrıyı görməmək imkansız

keçərkən cəphədən-cəphəyə.

 

Oğlum, “Tanrı dəliyə dönmüş olmalı” deyir

“bu qədər düşman olamaz özünə

ağlın peşindən qaçan insan belə.”

Ağlın nə olduğunu düşünürəm bir an.

Oturmaq gəlir bir çarpayıya içimdən

və içmək sarhoş oluncaya qədərb yenidən.

Bəlkə rast gələrəm diyə üzüyümə

Arvadımın hədiyyəsi işıltılı bir gecədə

itirmiş olduğum çaqqallar arasında.

Əlvida uşaqlıq eşqim.

Əlvida uşaqlığım.

Mərhaba tanrı.

ƏSLİYİ GÖRDÜM RÖYAMDA

Əsliyi gördüm röyamda, alnında ay

Gecə kimi parlıyırdı saçlarında ulduzlar

Qol-qola girmiş unudulmuş tanrılar

Cadılar şənliyinə gedirdi sanki

Hər yana uzadırdı titrəyən dillərini

Gözlərindən sızan bayğın işıqlar.

 

Dedim bu kimin Əslisidir belə

Atəşli və parlaq bir rəqslə tutuşmuş

Bir dənizin dalgaları kimi atılmış irəliyə

Və bir orman yangını kimi göylə buluşmuş

Ruhunu torpaqla yoğurur bu tənha yerdə

Dedilər hərkəsin Əslisi bu yağmur kimi

Atını sürər də karanlığın içinə

Girər röyalarımıza topladığı köklərlə

Ondandır bu bizdəki dərin eşq

Və Əsli diyə sayıqlamaq

Ölümə çarə deyə.

 

Dedim, ya Əsli, bir musiqimi Kərəm

Şöylə bir an sürüşüb sonra yox olan tuşlar üstündə

Dedi, yox, çırpınmalar durur içimdə

Bəslədiyim oğul kimi yara acısı.

 

Əsli dururmu, rüzgarla qol-qola fırtınayla qardaş

Gəzinirdi röyamda Bəyoğlu küçələrində.

Dedim ki küçələr belə nəfəs alır

Və dartınır Əslinın qollarında

Dedi ki yoruldum artıq gecəni gözləməktən

Bir heykəltaraş diqqətiylə tanrı yaratdığından bəri

İndi sabahı dinləndirmək istiyərəm qoynumda

Və çevirir kimi bir kitabın səhifələrini

Unutmaq başlanğıcın qaranlığını

 

Dedim ya Əsli , sənidəmi sardı ölüm yuxusu

Dodaqlarından tökülən sənin deyil

Yaşlılığın böyütdüyü eşq qorxusu.

 

Dedi, xeyir, mən yalnızca bir gecə ilğımı

Yazmış məni yuxu ovçusu şair bir sərsəm

Sən həyatla gürlə həyata vurul

Darılma arada bir sana da gəlirsəm

Ama şu sözləri bütün aləmə duyur:

Hərkəs bir Əsli, hərkəs bir Kərəm.

Uyğunlaşdıran: Məmməd İsmayıl

“Təzadlar”dan: bu təqdimata və şeir payına görə istəkli şairimiz, professor Məmməd İsmayıla təşəkkürlər edirik! 

Pin It

...Metin Çengiz Türkiyənin  beynəlxalq miqyasda tanınan görkəmli şairlərindən biridir.

Pin It

"Sənin fikirlərin ağzın kimidir, keçərli deyil”.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN