booked.netbooked.net booked.net  

Son illər xaricdə təhsil almaq istəyənlərin sayı xeyli artıb.

Əlbəttə, burda əsas məsələ, dünyanın tanınmış ali təhsil ocaqlarında verilən yüksək keyfiyyətli təhsildir. Və gələcəyimiz olan gənclərin də savadlı mütəxəssislər kimi ölkəmizə xeyir verməsidir.

Lakin xaricdə təhsil almanın digər səbəb isə həm dəb, həm də bəzi unuversitetlərin çox əlçatan olmasındadır...

Bəzi xarici universitetlərə qəbulun və verilən təhsilin  (tələbənin verdiyi imtahanlar və s.) səviyyəsi də heç kəsə sirr deyil... Belə universitetlərdə əsas məsələ tələbədən əldə etdiyi ödəniş olur, nəinki bilik səviyyəsi.

Lakin sonda tələbə və valideyni bilməlidir ki, bu diplomu “rahat” yolla əldə etmək olar, lakin əsas məsələ onun ölkəmizdə tanınmasıdır. Həmin gənc də buna görə nəticə çıxarıb, illərini lazımsız yerə itirməməlidir.

***

Beləliklə, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin açıqlamasına görə, iyul ayı üzrə 415 müraciətçinin 350-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 65 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

 Tədris dili üzrə bilik səviyyəsinin qənaətbəxş olmaması səbəbi ilə 21, təhsil ölkəsində tələb olunan minimal müddətin ödənilməməsi, həm də tədris dilinin qənaətbəxş olmaması səbəbi ilə 18, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində kifayət qədər olmaması səbəbi ilə 16, digər səbəblər üzrə 10 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

 Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 181, Türkiyə Respublikasından 100, Ukraynadan 55, Gürcüstandan 23, Böyük Britaniya və Şimali İrlandiya Krallığından 11, digər ölkələrdən isə 45 müraciətin olduğu müşahidə olunur.

 Ən çox müraciət olunan ixtisaslara gəlincə, tibb üzrə 113, hüquqşünaslıq üzrə 28, iqtisadiyyat üzrə 26, biznesin idarə edilməsi 22, stomatologiya üzrə 12 nəfər müraciətçi qeydə alınıb.

  Xatırladaq ki, 2021-ci ilin yanvar-noyabr ayları ərzində xarici ali təhsil ixtisasının tanınması haqqında 3021 müraciət üzrə ekspertiza həyata keçirilib.

Keçirilən ekspertizanın nəticəsində 2278 müraciət üzrə yekun olaraq müsbət rəy verilib və müraciət sahiblərinə xarici ali təhsil ixtisasının tanınması haqqında şəhadətnamə təqdim olunub.

Digər 743 müraciət üzrə yekun olaraq mənfi rəy verilib və müraciət sahiblərinin ali təhsil ixtisaslarının ölkə ərazisində tanınmaması haqqında qərar verilib.

Bəs xarici diplomların tanınması nə deməkdir?

Xarici dövlətlərin universitetlərində təhsil almış və uğurla bitirməsini təsdiq edən diplomun və ya şəhadətnamənin ölkə ərazisində qüvvədə olmasının təsdiqidir. Əks təqdirdə diplom keçərsiz sayılır və diplomu əldə edən şəxs həmin ixtisas üzrə əmək fəaliyyətini icra etməkdə çətinlik çəkir. Azərbaycan dövlətində xarici dövlətlərin ali məktəb ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Lissabon Konvensiyası və Nazirlər Kabinetinin 13 may 2003-cü il qərarı ilə tənzimlənir.

 Xarici diplomların tanınması proseduru isə Təhsil Nazirliyi yanında Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən həyata keçirilir. Agentlik Bakı Texniki Kollecin binasında yerləşir. Bu prosedur isə ödənişlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 dekabr 2020-ci il tarixində 507 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması xidmətləri ilə əlaqədar digər xidmətlərin siyahısı və göstərilən xidmətlərə görə ödəniləcək haqqların məbləği”nə əsasən ərizəçilər xarici dövlətlərin ali təhsilinə aid kavlifikasiyalarının tanınmasına görə sənədlərin qəbulu üçün 250 manat xidmət haqqı ödəməlidirlər. Tanınma barəsində verilən şəhadətnamənin itirilməsi və ya korlanması hallarında isə 20 manat xidmət haqqı ödənməlidir.

 

Y.MƏMMƏDLİ

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN