booked.netbooked.net booked.net  

Sosial şəbəkələrdə Sumqayıt şəhər 32 saylı orta məktəbin direktorunun müəllimlərdən pul tələb etməsi ilə bağlı səs yazısı yayılıb.

Səs yazısında direktor İbrahimova Esmira Famil qızı sentyabrın 14-də müəllimlər üçün yaratdığı "Watsapp" qrupuna səs ataraq hər bir müəllimdən məktəbin uçuq-sökük yerlərini təmir etmək, sınmış şüşələr, jalüz ... üçün 50 manat pul tələb edib. Hətta vurğulayıb ki, bu təmir 4 gün ərzində yerinə yetirilməli olduğu üçün hamı bir nəfər kimi pul gətirməlidir.

Baş Prokurorluq isə bildirib ki, artıq Sumqayıt şəhər 32 saylı orta məktəbin direktorunun müəllimlərdən pul tələb etməsi barədə yayılmış səs yazısı ilə bağlı prokurorluq orqanları tərəfindən araşdırma aparılır.

Xatırladaq ki, yayılmış səs yazısı müəllimlərdən pul tələb edən məktəb direktorlarının birincisi deyil. Zaman-zaman belə məktəb direktorlarının səs yazıları qeydə alınaraq ictimailəşdirilib və qalmaqallar yaşanıb.

Və heç kəsə də sirr deyil ki, direktorların pul tələbini gerçəkləşdirmək üçün bir çox müəllimlər valideynlərə ağız açmağa məcbur olurlar...

Bəhanə isə həmişə var – TƏMİR PULU!

Qeyd edək ki, məktəbin direktoru KİV-ə açıqlamasında deyilənlərin şər-böhtan olduğunu, belə bir səs yazısının olmadığını bildirib...

Baş verənləri isə prokurorluq araşdırır və məsələ ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Y.MƏMMƏDLİ

 

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN