booked.netbooked.net booked.net  

“Yeni qəbul olunan tələbə də fikirləşir ki, həmin ali məktəbi bitirərək fəhlə işləyəcəmsə, niyə burada təhsil alım?”

Xəbər veridyimiz kimi, bu il ali məktəblərə qəbul olunan 2 355 nəfər təhsil almaqdan imtina edib. 2019-cu ildə isə belə abituriyentlərin sayı 350 nəfər idi. Göründüyü kimi, bu sahədə “iri addımlarla” irəliləmişik...

İllərlə zəhmət çəkib universitetlərə hazırlaşan abituriyentlərin, qəbul imtahanlarından uğurlu nəticə əldə etdikdən sonra təhsil almaqdan imtina etməsinin səbəbləri çoxdur: təhsil haqqı, azrulamadıqıları ixtisas, özəl universitetə qəbul olunmaları və ilaxır.

 Təhsil eksperti Nabatəli Qulamoğlu da məsələyə münasibət bildirərkən özəl universitetlərin verdiyi təhsilin keyfiyyətinin çox aşağı səviyyədə olduğunu dilə gətirib.

Onun sözlərinə görə, ölkəmizdə özəl ali təhsil müəssisələri arasında yalnız Xəzər Universiteti yüksək keyfiyyətli təhsil verməyi bacarır və digərləri oliqarxların himayəsində olduğu üçün onlar təhsili deyil, ciblərini düşünürlər:

“Digər özəl universitetlərin çoxu isə yalnız oliqarxların əlində cəmlənib. Burada əsas məqsəd təhsil deyil, gəlir əldə etməkdir. Hər özəl təhsisatın məqsədi  müəyyən qədər gəlir qazanmaqdır, amma  burada vacib məqamlardan biri gəliri qanuni yolla mənimsəməkdir. Əgər bir iş görülürsə, onun müqavilində gəlir əldə etmək lazımdır. Bunu heç kim qadağan etmir. Amma təhsil pula və gəlirə qurban verilirsə, burada inkişafdan söhbət gedə bilməz”, - deyə mütəxəssi vurğulayıb.

O qeyd edib ki, ölkəmizdə keyfiyyətsiz təhsil verən universitetlərimiz çoxdur və onların kadr hazırlaya bilməmələri səbəbindən əli diplomlu məzunlar özlərinə iş tapa bilmir – fəhləlik edirlər: “Yeni qəbul olunan tələbə də fikirləşir ki, həmin ali məktəbi bitirərək fəhlə işləyəcəmsə, niyə burada təhsil alım?”

Nabatəli Qulamoğlu ölkəmizdə təhsil azadlığı olmadığını, müstəqil ali məktəblərin rəqabət apara bilmədiklərini, özəl universitetlərin özlərini hörmətdən salmaqla məşğul olduqlarını bildirib.

Ekspert bunun səbəbini həmin ali məktəblərin oliqarxların əlində cəmləşməsi ilə izah edib. 

 

Y.MƏMMƏDLİ

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN