booked.netbooked.net booked.net  

Esmira İbrahimova direktor vəzifəsinin icraçısı imiş...

Xəbər verdiyimiz kimi, müəllimlərdən pul tələb etməsi ilə bağlı səs yazısı yayılan Sumqayıt şəhər 32 saylı orta məktəbin direktoru vəzifəsini icra edən Esmira İbrahimovanın ötən gün işdən çıxarıldığı məlum olub. Bu barədə Xızı-Abşeron Regional Təhsil İdarəsindən apa-ya bildirilib. Qeyd edilib ki, Esmira İbrahimova məktəbin direktoru deyildi, direktor vəzifəsini icra edirdi. Artıq o işdən uzaqlaşdırılıb və direktor vəzifəsi müvəqqəti olaraq məktəbin direktor müavini Mahmud Mahmudova həvalə olunub.

Xatırladaq ki, bir neçə gün əvvəl sosial şəbəkələrdə Sumqayıt şəhər 32 saylı orta məktəbin direktorunun müəllimlərdən pul tələb etməsi ilə bağlı səs yazısı yayılıb.

Səs yazısında direktor İbrahimova Esmira Famil qızı sentyabrın 14-də müəllimlər üçün yaratdığı "Watsapp" qrupuna səs ataraq hər bir müəllimdən məktəbin uçuq-sökük yerlərini təmir etmək, sınmış şüşələr, jalüz ... üçün 50 manat pul tələb edib. Hətta vurğulayıb ki, bu təmir 4 gün ərzində yerinə yetirilməli olduğu üçün hamı bir nəfər kimi pul gətirməlidir.

Baş Prokurorluq isə bildirib ki, Sumqayıt şəhər 32 saylı orta məktəbin direktorunun müəllimlərdən pul tələb etməsi barədə yayılmış səs yazısı ilə bağlı prokurorluq orqanları tərəfindən araşdırma aparılır.

 JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN