“Bu isə sübut edib ki, 11-ci sinifi bitirən məzunlar buraxılış imtahında topladığı bal çox aşağı səviyyədə olub”.

Bu fikirləri təhsil və qəbul məsələləri üzrə ekspert Sevinc Purkeştasib bildirib.

 O, statistikaya diqqət çəkərək vurğulayıb ki,  11 illik bazada kolleclərə qəbul  aparılan  zaman, ballar çox aşağı enmişdi, hətta 120 ballıq ixtisaslar 90-95 bala düşmüşdü:

“Bu isə sübut edib ki, 11-ci sinifi bitirən məzunlar buraxılış imtahında topladığı bal çox aşağı səviyyədə olub. Nəticədə isə balları aşağı düşməsinə baxmayaraq,  kolleclərdə bu qədər boş plan yeri qalıb". 

 O, artıq məktəblərdə həyəcan təbili çalınma vaxtının çatdığını və Elm və Təhsil Nazirliyinin bundan nəticə çıxarmalı olduğunu qeyd edib.

Sevinc Purkeştasib ötən ilki qəbulun nəticələrindən danışıb:

“Ötən il 97-98 balla  qəbul olmuş abituriyent, bu il həmin ixtisasa 68 balla qəbul olub. Bu da onu göstərir ki, məktəbi bitirmiş şagird buraxılış imtahanında çox aşağı bal toplayıb. Bu artıq məktəb, repetitorlar və  hazırlıq kursları üçün siqnaldır. Və artıq həyəcan təbili çalınmalıdır".

Onun sözlərinə görə, balların aşağı düşməsinə  baxmayaraq, boş plan  yerlərinin  qalması  orta məktəbi bitirmiş şagirdlərin savadsızlığını göstərir.

 

Y.MƏMMƏDLİ