"Vaxt gələcək, burda heç biriniz qalmayacaq..."

Bu gün sosial şəbəkələrdə təhsil müəssisələrindən birinin rəhbəri ilə bağlı səs yazısı yayılıb. Bu dəfəki səs yazısı isə orta məktəb direktoruna aid deyil. Bu audioyazının Gəncədə yerləşən Azərbaycan Texnologiya Universitetinin (UTECA) rektoru vəzifəsini icra edən Yaşar Ömərova aid olduğu billdirilir.

KİV-də gedən məlumatda iddia edilir ki, Yaşar Ömərov vəzifəsinin icrasına başlayandan dərhal sonra keçmiş rektor Akif Süleymanova yaxınlığı ilə tanınan bütün kadrları işdən azad etməyə başlayıb (yenisabahaz).

 O, hətta universitetin xanım əməkdaşlarını da təhdid edib.

Audiyazıdan da bilinir ki,  Yaşar Ömərov əməkdaşlardan öz ərizələri ilə işdən getmələrini tələb edir: 

“Hələ iki həftə buradayam. Gedib bu şad xəbəri Akif müəllimə çatdıra bilərsiniz. Yaxşısı budur ki, ərizənizi yazıb öz xoşunuzla işdən gedin, yoxsa sonra hamınızı pis günə qoyacağam”, -deyə bildirir.

Xatırladaq ki,  bir müddət əvvəl Prezident İlham Əliyev Akif Süleymanovun Azərbaycan Texnologiya Universitetinin rektoru vəzifəsindən azad edilməsi haqqında Sərəncam imzalayıb.

KİV-də gedən məlumatlara görə, Akif Süleymanov uzun illər ağır xəstəlikdən əziyyət çəkib. Hətta onun işə gəlib-gedərkən bir neçə nəfərin köməyindən istifadə etməsi ilə bağlı  videogörüntülər də yayılmışdı.

Yaşar Ömərova məxsus olduğu iddia edilən səs yazısını təqdim edirik:

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Friday, 02 December 2022
By Asif MEMMEDOV
IMAGE
QOŞA "BEŞ"İN MÜBARƏK!
Monday, 28 November 2022
By Elman ELDAROĞLU

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA