"İran uçuruma doğru gedir."

***

Bu gün Güney Azərbaycanda, Azərbaycan türkcəsində təhsil ala bilmir, 40 milyona yaxın azərbaycanlının məktəbi yoxdur.

Bunu Cənubi Azərbaycan üzrə tədqiqatçı Esmira Şükürova bildirib.

Tədqiqatçı qeyd edib ki, hazırda Güney Azərbaycanda 40 milyona yaxın Azərbaycanlı Azərbaycan türkcəsində təhsil ala bilmir, çünki onların məktəbi yoxdur.

“Tehran şəhərində 60 erməni məktəbi olduğu halda, Azərbaycan türkcəsində təhsil verən bir məktəb belə yoxdu. İran hal-hazırda uçuruma doğru gedir. Baş verən hadisələrdə  yüzlərlə insan həlak olub, güllələnib. Həyatını itirən şəxslər arasında uşaqlarda var. Düşünürəm ki, onların milli lideri, ideoloji rəhbəri olmalıdır. İdeologiya olmadan, pərakəndəlik yenədə hərəkatın süqutuna gətirib çıxaracaq. Bütün imperiyaların məhvə məhkum olduğu kimi, İran da bu gün məhvə doğru irəliləyir”, - deyə bildirib

Həmçinin o, vurğulayıb ki, Azərbaycan dilində yazılan kitablar tamamilə qadağan olunsa da, son illərdə Azərbaycan türkcəsində, əski Azərbaycan yazısı ilə çap olunmaqdadır:

“Baş verənlərə baxmayaraq, insanlar Azərbaycan türkcəsində ünsiyyət qurur, analar övladlarına Azərbaycan türkcəsində laylalar söyləyir”, -deyib.

Esmira Şükürova əlavə edib ki, hazırda minlərlə soydaşımız fars dilində yazmaqdan imtina edir.

Qeyd edək ki, artıq uzun illərdir ki, İranda yaşayan soydaşlarımız ana dilində təhsil almaq imkanından məhrumdur.

Y.MƏMMƏDLİ