Son 30 ildə, yəni ali məktəblərə qəbul qaydası test imtahanı ilə aparılmağa başlanandan ölkəmizdə repetitorluq fəaliyyəti geniş vüsət aldı.

Yeni qaydalar əsasında hazırlaşmaq şagirdlər üçün asan olmadığından valideynlər kütləvi olaraq övladlarını repetitor-müəllimlərin yanına göndərməyə başladılar. Bu növ fəaliyyətlə həm orta məktəb, həm də ali təhsil müəssisələrinin pedaqoqları məşğul olur, həmçinin xüsusi kurslar, hansı ki, daha çox orta məktəb müəllimləri cəlb edilirlər. Lakin seçim zamanı qiymət fərqi var: universitet müəllimləri tərəfindən hazırlaşdırılan uşaqların valideynləri daha çox maddi vəsait xərcləməli olurlar.

Beləliklə, artıq 10-cu sinifdən 2 il müddətinə  şagirdlər 4-5 fənn üzrə repititor xidmətindən istifadə edirlər.

Lakin artıq qəbul imtahanlarına hazırlaşan şagirdlərlə yanaşı, ibtidai sinfin ilk pilləsinə qədəm qoyan azyaşlılar da repetitor –müəllimlərin yanına getmək məcburiyyətindədir. Valideynlərin bir çoxu bunu, övladına ayırmağa zamanının, onunla məşğul olmağa vaxtının olmaması, digərləri hazırkı dərs tapşırıqlarının həddən artıq çətin olması və digər səbəblərlə izah edirlər.

ADPU-nun İbtidai təhsil fakültəsinin  dekanı, pedaqoji elmlər doktoru, professor Fərrux Rüstəmov KİV-ə açıqlamasında bildirib ki, ibtidai sinif şagirdlərinin ümumiyyətlə, repetitor xidmətindən istifadəsi qadağan edilməli və bu müəllimlər mənəvi məsuliyyət daşımalıdır.

Onun sözlərinə görə, müəllimlər özləri məcburi şəkildə uşaqları hazırlığa cəlb edirlər, həmçinin hazırlığa gəlməyən uşaqlara qarşı mənfi münasibət göstərirlər, onlarla pis davranırlar.

“ Şagird başa düşür ki,  müəllim ona yalnız  valideyinindən aldığı pul mübadilində təhsil verir.  Burada müəllim-şagird arasında heç bir ülvi münasibətdən söhbət gedə bilməz”, -deyə professor bildirib.

Onun sözlərinə görə, repetitor yanına göndərilən uşaqların asudə vaxtı da əlindən alınmış olur.

Fərrux Rüstəmov onu da əlavə edib ki, hazırkı dərs vəsaitlərində ağırlıq müşahidə olunur və ibtidai siniflərin dərslikləri mütləq təkmilləşdirilməli, şagirdlərin anlayacağı səviyyədə tərtib olunmalıdır.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Friday, 02 December 2022
By Asif MEMMEDOV
IMAGE
QOŞA "BEŞ"İN MÜBARƏK!
Monday, 28 November 2022
By Elman ELDAROĞLU

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA