Ağsu məktəblərindən birinin direktorunun  müəllimlə “alver etməsi” barədə səs yazısı yayılıb.

Səs yazısında direktor müəllimə bildirir “ 2-3 gündür əlimdə olan mayanın hamısını yollarda xərcləmişəm. Qalmışam belə. İsmayılı (müəllimdi-red) çağırmışam ki, görüm 5-3 manat nə ala bilirəm”, – deyir.

İsmayıl cavabında “10 manat elə belə vermişəm (AYLIQ), 5 manat da bir dəfə gəlməmişəm ona görə”, -bildirir.

Lakin direktor israr edir ki, hər dərs buraxmağın qiymətinin məzənnəsinin 10 manat olduğunu əvvəlcədən deyib və həm də artıq pul vermək onun üçün alınaçıqlığı olar...

Əlbəttə, müəllimlərin dərs saatlarını buraxmaması arzu olunandır, çünki şagirdlər həmin fənn üzrə geri düşürlər. Amma sən demə, bu, Ağsudakı məktəb direktoru üçün qazanc mənbəyi imiş. Hansı ki, bəzi direktorlar bunu şagirdlərin davamiyyəti (əsasən repetitor yanına gedənlər) hesabına əldə edirlər.

Qeyd edək ki, səs yazısının Ağsu rayon Xəlilli kənd orta məktəbinin diektoru Oqtay Şıxıyevə məxsus olduğu bildirilir.

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdri Anar Osmanov KİV-ə açıqlamasında baş verənlərlə bağlı araşdırma aparıldığını və daha bir videonun onlara göndərildiyini də qeyd edib.

JASMİN