booked.netbooked.net booked.net  

Rusiyanın paytaxtı Moskvanın məktəblərində vahid məktəbli forması tətbiq etmək planlaşdırılmır.

Bu barədə Moskva şəhərinin təhsil və elm departamenti rəhbərinin müavini Anton Molev məlumat verib.

O, qeyd edib ki, məktəblərin özünün məktəbli formasını təhsil müəssisəsi daxilində tətbiq etmək  hüququ var.

 "Moskvada vahid məktəbli forması tətbiq etməyi planlaşdırmırıq”, -deyə o, bildirib.

Həmçinin diqqətə çatdırıb ki, bunu valideyn icması ilə razılaşdıraraq həyata keçirmək mümkündür, hansı ki, bir çox məktəblər bu təcrübədən istifadə edirlər.

Qeyd edək ki, Azərbaycanda  “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri” təsdiq edilib. Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Bu qərarın  2022/2023-cü tədris ilindən tətbiq ediləcəyi nəzərdə tutulmuşdu.

Qərarda bildirilir ki, 4 rəngdə geyim nümunəsi təklif olunur.

Xatırladaq ki, bir müddət əvvəl vahid məktəbligeyimləri ilə bağlı söz-söhbət yaranmışdı. Səbəb isə bu geyimlərin tapılmaması idi.

Təhsil üzrə mütəxəssis İlham Əhmədov da baş verənlərlə bağlı nazirliyə iradını bildirmişdi.

  “Əgər nazirlik bütün şagirdlərin məktəbə vahid formada gəlməsini təkid edirsə, məktəbli formasının bir neçə variantını müəyyən etməli, məktəbə və valideynlərə də bu barədə məlumatı dəqiq çatdırmalıdır. Bu formaların hazırlanması bir deyil, bir neçə şirkətə həvalə edilməlidir. İstehsalı bir icraçıya həvalə etmək qiymət baxımından ürəkaçan vəziyyət yaratmır, rəqabət olmur. Rəqabət olmalıdır ki, qiymətlər endirilsin” , - deyə mütəxəssi bildirib.

O, təəssüflə qeyd edib ki, hazırda məktəbli formaları maya dəyərindən qat-qat baha satılır.

Onun sözlərinə görə, məktəbli forması o qədər də vacib deyil və əgər nazirlik olmasını çox istəyirsə, o zaman istehsalını dövlət hesabına həyata keçirərək, məktəblərə ödənişsiz verə bilərdi.

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN