Son vaxtlar, əmək haqlarının kimlərə şamil olunacağı məsələsi ilə bağlı cəmiyyətdə bəzi suallar yaranıb, əsasən də müəllim və həkimlərin maaşları ətrafında.

***

Vahid Tarif Cədvəli (VTC) üzrə artımlar həyata keçirildikdən sonra ünvanlanan suallar daha çox müəllim və həkimlərin maaşları ilə bağlıdır. Paylaşımlarda da ən çox şərhlər bu istiqamətdədir.

Bu fikri millət vəkili Vüqar Bayramov bildirib.

Millət vəkili diqqətə çatdırıb ki, Səhiyyə Nazirliyinin tabeçiliyindəki müəssisələr VTC ilə tənzimləndiyi üçün onların əmək haqlarındakı artımlar artıq reallaşıb. “Səhiyyə sektorunda bir sıra müəssisələr sahə nazirliyinə, digərləri isə TƏBİB-ə tabedir. Səhiyyə Nazirliyi tabeçiliyində olan müəssisələrdə çalışan və maaşları VTC ilə müəyyənləşən vətəndaşlarımızın əmək haqları son artımlara aid olundu”, - deyə bildirib.

Vüqar Bayramov, həmçinin Elm və Təhsil Nazirliyinin və TƏBİB-in ayrıca əmək haqqı sxemi olduğunu da bildirib.

O, qeyd edib ki, həmin qurumlar maaş məbləği müəyyənləşən zaman əməyin məhsuldarlığı meyarına əsaslanmağa üstünlük verirlər.

 V.Bayramov vurğulayıb ki, heç bir sektorda minimum əmək haqqıdan az maaş verilə bilməz.

“Bu sektorlar üzrə çalışan və əmək haqları minimum səviyyədən aşağı olanların maaşları artıq artırıldı. Çünki heç bir sektorda minimum əmək haqqı məbləğindən az maaş verilə bilməz.

Gözlənti isə ondan ibarətdir ki, hər iki sektorda aşağı maaşlarda artımlar həyata keçiriləcəyindən dərəcələr arası fərq nəzərə alınmaqla əmək haqlar müəyyənləşdiyi üçün bu sahələrdə də maaş artımları mümkündür”, -deyə o, bildirib.

Millət vəkili əlavə edib ki, fevral ayının ilk həftəsinədək bu məsələnin aydınlaşacağı gözlənilir.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA