booked.netbooked.net booked.net  

Son zamanlar, bir çoxları ali məktəblərə qəbulla bağlı test üsulunun təkmilləşdirilməsini, bəziləri isə ümumiyyətlə ləğv olunmasını istəyir.

Onların sırasında deputatlar, sabiq təhsil işçiləri (yüksək vəzifə tutmuş), təhsil ekspertləri də var.

Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin fikrini öyrənmək istəyən jurnalistə sədr bildirib ki, ekspertlər heç test üsulu terminini düzgün istifadə etmirlər.

“Biz mərkəzləşdirilmiş kütləvi imtahanlar keçiririk. İmtahan tapşırıqları arasında yazı işləri, esse yazmaq, danışıq və s. var. Bu təkcə test deyil. Məsələn, xarici dil imtahanının dörd kompanenti var. Biliyin qiymtləndirilməsini müxtəlif üsullarla yoxlayırıq. Test üsulu deyənlər bilmirəm nəyi nəzərdə tuturlar. İdarənimi ləğv etmək, kimisə öldürmək…”.

Daha sonra isə Məleykə Abbaszadə ona “qibtə edənlərə” mesaj göndərib:

“Mənə qibtə edənlərə deyirəm ki, sağ əlim onların başına... Mənim kiminləsə şəxsi qərəzim yoxdur. Əgər kiminsə mənimlə şəxsi qərəzi varsa, açıq deyə bilər. Ancaq mənə qibtə edənlərə deyirəm ki, sağ əlim onların başına....”

Qeyd edək ki, Məleykə Abbaszadınin iki qız övladı olub. Bir qızı Nərgiz-Birk Petersen (Nərgiz Abbaszadə) əvvəlcə Xəzər Universitetində, daha sonra isə ABŞ-da hüquq təhsili alıb, həmçinin model kimi çalışıb. O, Rusiya və ABŞ-da vəkillik edib. Eldar Qasımov və Leyla Əliyeva ilə birlikdə Bakıda keçirilən 2012 Avroviziya Mahnı Müsabiqəsinin aparıcısı olub. Nərgiz Birk-Petersen öz həyat yoldaşı Ulrik və iki övladı ilə Kopenhagen şəhərində yaşayır və Danimarka vətəndaşıdır.

Məleykə xanımın digər qızı Nigar Abbaszadə isə 2020-ci ildə  (44 yaşında) ürək tutmasından dünyasını dəyişib. Nigar xanım Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışırdı...

Xatırladaq ki, Məleykə ABBASZADƏ 1953-cü ildə Bakı şəhərində dünyaya gəlib. O, 2000-ci ildə TQDK-nın sədri vəzifəsinə təyin edilib. 2016-cı ildən isə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədridir.

Ötən ay Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında təhsil sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şərəf" ordeni ilə təltif edilib.

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN