Uşaq bağçaları ilə bağlı problemlər bitib-tükənmir...

Hər dəfə bu mövzuda örtaya problemli məqamlar çıxır və məsələ tam həllini də tapa bilmir. Bu dəfə də ortaya maraqlı məsələ çıxıb: mayın 22-dən məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemindən istifadə müvəqqəti olaraq dayandırılacaq. Bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, səbəb 2023-2024-cü tədris ili üzrə məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına hazırlıq prosesi ilə bağlıdır. bq.edu.az elektron portalı üzərindən növbəti tədris ili üçün məktəbəqədər təhsil müəssisələrinə qəbul prosesi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Beləliklə, böyüklərin günahı üzündən uşaqlara problem yaşadılır. Təki tezliklə həllini tapan problem olsun...

ELŞƏN