Bakı Ali Neft Məktəbinin baş müəllimi Ramil Şükürov Vətən qarşısında borcunu yerinə yetirmək üçün hərbi xidmətə gedib.

O, bu münasibətlə çalışdığı BANM-in kollektivi tərəfindən təbrik edilib və  yolasalma tədbiri keçirilib.

TEZADLAR.AZ xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov sosial media hesabında məlumat verib.

“Bakı Ali Neft Məktəbinin məzunu, hal-hazırda isə baş müəllimi olan Ramil Şükürovu bu günlərdə Vətənə müqəddəs borcunu yerinə yetirmək üçün, Azərbaycan Ordusunda xidmətə yolasalma mərasimi təşkil etdik”, - deyə rektor bildirib.

b

 

JASMİN