Ukraynada yalnız üç məktəbdə rus dili ayrıca fənn kimi tədris olunur.

Bu statistika Ukraynanın Dil üzrə Müvəkkili Taras Kremin rəsmi saytında dərc edilib.

 “2022-ci ildə əvvəlki illə müqayisədə ümumi təhsil müəssisələrində rus dilini öyrənən şagirdlərin sayı 100 dəfədən çox azalaraq 2021-ci ilin sentyabrında 454,8 min nəfərdən 2022-ci il sentyabrın 1-nə təxminən 4 min nəfərə düşüb. 2023/2024-cü illərdə, rus dilini ayrıca fənn kimi öyrənən məktəblilərin sayı daha 5 dəfə azalaraq min nəfərdən az olub”, - hesabatda deyilir.

 Verilən statistik məlumatlara görə, rus dilinin tədris olunduğu məktəblərin sayı 3, siniflərin sayı 45, şagirdlərin ümumi sayı 768 nəfərdir.