Bakı Ali Neft Məktəbinin (BANM) 11 tələbəsi “SOCAR Türkiyə”də Yay Təcrübə Proqramında iştirak etmək imkanı qazanıb. TEZADLAR.AZ xəbər verir ki, bu barədə BANM-nin rektoru Elmar Qasımov sosial media hesabında məlumat verib.
Rektor bununla bağlı SOCAR rəhbərliyinə təşəkkür edib. 
"Bu imkanı yaratdığına görə, şəxsən SOCAR-ın vitse - prezidenti Ziba xanım Mustafayevaya munnətdarlığımızı bildiririk. Tələbələrimlə görüşərək bu təcrübənin onların peşəkar mühəndis kimi yetişmələrində böyük rol oynayacağını qeyd etdim.
Leyla Həsənova, Əbil Şəfiyev, Aynur Tahirova, Nihad Səfərli, Nərmin Nusalova, Şamil Fərzalızadə, Aytac Vəliyeva, eləcə də Aytac Əmirova, Lalə Ələkbərova, Röya Məmmədova və Malik Süleymanov təcrübədə iştirak edəcək tələbələrimizdir. Tələbələrin 7-si Kimya mühəndisliyi, 4-ü isə Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasında təhsil alır", - deyə rektor vurğulayıb.
JASMİN
Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN