booked.netbooked.net booked.net  

"May ayının 16-dan Bakı məktəblərində yay məktəbləri fəaliyyətə başlayıb və iki həftə davam edəcək".

Tezadlar.az-ın məlumatına görə, bunu Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva deyib.

O bildirib ki, yay məktəblərinin keçirilməsinin səbəbi payız ayında hərbi vəziyyət və pandemiya şəraiti ilə əlaqədar təhsildə yaranan boşluqları aradan qaldırmaqdır: “Yay məktəblərinin təşkil olunması Təhsil Nazirliyi tərəfindən qərarlaşdırıldı və sosial şəbəkə üzərindən keçirilən sorğuların nəticəsində 44 faiz insan yay məktəblərinin keçirilməsinə razı idi”.

M.Vəliyeva bildirib ki, yay məktəbləri 1-10-cu sinifləri əhatə edir: “İbtidai siniflər üçün həftədə 5 dəfə 3 saat, 5-10-cu siniflər üçün isə həftədə 5 dəfə 3-4 saat keçirilməklə nəzərdə tutulur. Yay məktəblərinin əsas məqsədi zəruri mövzuların təkrarlanması və həmçinin uşaqların sosial-psixoloji inkişafının təmin olunmasıdır. Bakıda 308 ümumtəhsil müəssisəsində yay məktəbləri təşkil olunub”.
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN