booked.netbooked.net booked.net  

4 may tarixində paytaxt Tbilisidə "Qanun" adlı hüquqi yardım mərkəzi fəaliyyətə başlayıb.

  Tezadlar.az xəbər verir ki, media nümayəndələri qarşısında mərkəzin təsisçisi, Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının rəhbəri və Qafqaz beynəlxalq universtetinin hüquq elmləri üzrə doktorantı Əli Bədirov çıxış edərək mərkəzin gələcək fəaliyyəti barədə məlumat verib. O qeyd edib ki, 2021-ci ildən sözügedən mərkəz dövlət qeydiyyatından keçib və bu gün artıq geniş fəaliyyətə başlayır. Ə. Bədirov mərkəzdə bir neçə istiqamətdə soydaşlarmıza təmənnasız xidmətlər göstəriləcəyini bildirib. O, burada Gürcüstanda tanınmış vəkillər - mülki işlər üzrə Natia Rexviaşvili və Zaur Əskərov, cinayət üzrə hüquqi yardımlarda Levan Tsaluğelaşvili, ümumi hüquq üzrə onun özü xidmət göstərəcəklərini qeyd edib. Vəkil bildirib ki, mərkəz tərəfindən ay ərzində bir neçə dəfə müxtəlif rayon və kəndlərdə soydaşlarmızın hüquqi problemləri ilə yerlərdə maraqlanıb və insanlara hüquqi yardımlar göstəriləcək. Mərkəzin təsisçisi qeyd edib ki, hüquqi yardım mərkəzi olaraq bir sıra donarlara müraciət olunsa da, lakin hazırda Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi layihəyə müsbət cavab verib və komitənin dəstəyi ilə bu gün fəaliyyətə başlanılıb.

24news.ge

Pin It

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN