Təhsil eksperti Kamran Əsədov Şabran şəhər 1 saylı körpələr evi və uşaq bağçasında körpələrə verilən qidaların şəklinin paylaşıb.

Ekspertin sözlərinə görə, bu qidalar uşaqların günorta və axşam yeməyidir. Fotolarda uşaqlara çörək dilimlərinin üzərinə bir parça peçenye qoyularaq verilir. Digər boşqabda isə uşağın qarşısına düyü ilə bərabər çörək qoyulub.

Doğrudan da ağlasığmaz mənzərədir. Uşaqların gün ərzində bu sayaq qidalanması dəhşətdir...

Məlumatla bağlı artıq araşdırma aparılır.

Təhsil Nazirliyinin mətbuat katibi  Cəsarət Valehov  Şabran şəhər 1 saylı körpələr evi-uşaq bağçası ilə bağlı sosial mediada yayılan məlumata əsasən məsələnin araşdırıldığını bildirib.

 Cəsarət Valehovun sözlərinə görə, araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək.

 

Y.MƏMMƏDLİ