Azərbaycanın Gürc,üstandakı səfirliyi Mədəniyyət Nazirliyinin göndərdiyi Azərbaycan və dünya ədəbiyyatına aid 3 minə yaxın kitabı icma mərkəzlərinə təqdim edib.

 Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mənədiyyəti Muzeyində baş tutan təqdimetmə mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, icma mərkəzlərinin nümayəndələri və ictimai fəallar iştirak ediblər. Səfir çıxışında qeyd edib ki, layihə icma nümayəndələrinin təşəbbüsü ilə irəli sürülüb və səfirlik vacib təşəbbüsü rəğbətlə qarşılayaraq kitabların gətirilməsini həyata keçirib.

Xatırladaq ki, Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə artıq növbəti dəfədir ki, icma nümayəndələri kitablarla təmin edilir. Belə ki, ötən ildə də Marneuli və Qardabanidə fəaliyyət göstərən icma mərkəzlərinə 1 430 ədəd kitab təqdim edilmişdir.

TEZADLAR.AZ