Azərbaycan Texniki Universitetində (AzTU) 2022/2023-cü tədris ilində 30 ixtisas üzrə (əyani və qiyabi) təkrar ali təhsil almaq üçün sənəd qəbulu davam edir.

AzTU-dan Tezadlar.az-a bildirilib ki, təkrar ali təhsilə sənəd qəbulu yalnız elektron qaydada (http://tekrar-alitehsil.aztu.edu.az:9594/) həyata keçirilir.

Müvafiq ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri elektron qaydada təqdim etdikdən sonra müvafiq tələblərə cavab verdikləri halda təkrar ali təhsil almaq hüququnu qazanacaqlar.

Sənədlərin qəbulu avqustun 1-dək aparılır.

Namizədlər ətraflı məlumat üçün This email address is being protected from spambots. You need JavaScript enabled to view it. elektron poçt ünvanına yaza bilərlər.

E.ŞİRİNOV