booked.netbooked.net booked.net  

Azərbaycan Texniki Universitetində (AzTU) “Məzun günü” keçirilib.

AzTU-dan Tezadlar.az-a bildirilib ki, tədbirdə Təhsil Nazirliyinin, Yasamal Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının rəhbər şəxsləri, Milli Məclisin deputatları, AzTU-nun İctimai şurasnın üzvləri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları universitetin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər.

“Məzun günü” torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması və Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Daha sonra AzTU-da bir il ərzində görülən işlər və həyata keçirilən yeniliklərlə bağlı hazırlanan videoçarx nümayiş olunub.

Məzunları təbrik edən rektor Vilayət Vəliyev onlara gələcək həyatlarında uğurlar arzulayıb. Rektor bildirib ki, bu il universiteti bakalavriat səviyyəsində 1508, magistratura səviyyəsində isə 536 tələbə bitirir. Bakalavrlardan 25, magistirantlardan isə 168 nəfər fərqlənmə diplomuna layiq görülüb. Qürurverici haldır ki, ümumi orta müvəffəqiyyət göstəricisi yüksək olan məzunlar arasında 44 günlük Vətən müharibəsinin iştirakçıları da var. V.Vəliyev yeni dərs ilində universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində tətbiq olunacaq yeniliklərdən də danışıb. Qeyd olunub ki, tələbələrin keyfiyyətli tədris alması və yüksəkixtisaslı kadr olaraq əmək bazarının tələblərinə cavab vermələri üçün AzTU-da mütəmadi olaraq innovativ yanaşmalar ortaya qoyulacaq.

Tədbirdə iştirak edən təhsil nazirinin müavini Muxtar Məmmədov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov da məzunları təbrik edib, onlara uğurlar arzulayıb.

Daha sonra AzTU-nu fərqlənmə ilə bitirən, təhsilini yüksək göstəricilərlə başa vuran, həmçinin universitetin ictimai həyatında fəallıq nümayiş etdirən məzunlara fəxri fərmanlar və hədiyyələr təqdim olunub.

“Məzun günü” konsert proqramı ilə davam edib.

E.ŞİRİNOV

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN