booked.netbooked.net booked.net  

Azərbaycan Texniki Universitetinin (AzTU) Elmi şurasının növbəti iclası keçirilib.

AzTU-dan Tezadlar.az-a bildirilib ki, iclasda universitetin sosial tədbirlərində fəallıq göstərən tələbələrin mükafatlandırılması ilə bağlı qərar qəbul olunub. Bundan başqa, AzTU-nun Keyfiyyətin Təminatı və Öyrənmə-Öyrətmə Mərkəzinin əsasnaməsi də müzakirələrdən sonra təsdiq olunub.

İclasda yeni tədris ilində universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində tətbiq olunacaq innovativ yeniliklərlə bağlı fikir mübadiləsi aparılıb.

Sonra cari məsələlər müzakirə olunub.

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN