booked.netbooked.net booked.net  

İyunun 27-dən iyulun 3-dək qonşu Gürcüstanda koronavirusa 2 570 yeni yoluxma halı qeydə alınıb.

TEZADLAR.AZ  Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə Xəstəliklərə Nəzarət və İctimai Sağlamllq Milli Mərkəzindən bildirilib. Qeyd olunub ki, yoluxanlardan 1 103 nəfər müalicə olunaraq sağalıb, 3 nəfər isə vəfat edib.

Xatırladaq ki, iyunun 20-dən iyunun 26-dək ölkədə koronavirusa 1 058 yeni yoluxma halı qeydə alınmışdı.  

 Qeyd edək ki, Gürcüstan ötən ilin iyunun 1-dən quru sərhədlərini açıb. Azərbaycanın isə bu ölkə ilə quru sərhədləri 2020-ci ilin mart ayının 14-dən bağlıdır.

Lakin koronavirisa yoluxmanın azaldığı dönəmdə də Azərbaycan Gürcüstanla quru sərhədləri açmadı və hökumət sərhədlərin bağlı qalması vaxtını uzatdı.

Quru sərhədinin bağlı qalması və açılacağı tarixlə bağlı isə KİV-də müxtəlif fərziyyələr, fikirlər səsləndirilir...

Lakin fakt budur ki, ən yaxın qonşumuzda, indi də koronavirusa yoluxmada yüksək artım müşahidə olunmaqdadır, üstəgəl, “meymun çiçəyi” də qeydə alınıb. 

Belə çıxır ki, Gürcüstanla quru sərhədlərin açılması məsləsi uzun müddət gündəmdə olmaya bilər...

 

Y.MƏMMƏDLİ

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN