Qida Təhlükəsizliyi Agentliyi ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Tezadlar.az-a verilən məlumata görə, nəzarət tədbirləri çərçivəsində Şəki rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə Şəki şəhərində fəaliyyət göstərən 24 heyvan kəsimi və ət satışı məntəqəsinə baxış keçirilib.

Baxış zamanı fiziki şəxs Bağıyev Eldar Ovçu oğlunun baytarlıq-sanitariya ekspertizasından keçirilməyən xırdabuynuzlu heyvan ətinin satışının həyata keçirdiyi aşkar edilib.

Faktla əlaqədar qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib.


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA