booked.netbooked.net booked.net  

Saakaşvili müalicə olunduğu klinikada 11 kiloqram arıqlayıb.

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşviliyə həkimlər 17 diaqnoz qoyulub.

Bu barədə Saakaşvilinin qardaşı Giorgi Saakaşvili məlumat verib.

O, qardaşının çox zəiflədiyini, həkimlər tərəfindən çoxlu sayda diaqnoz qoyulduğunu bildirib.

“ Məlum oldu ki, son iki-üç gündə ona daha üç diaqnoz qoyulub, ona görə də Gürcüstanda yaxşılaşmır. Vəziyyəti öyrənmək və onun tezliklə xarici klinikaya köçürülməsini təşkil etmək üçün xarici mütəxəssislərin gəlməsini gözləyirik. Səhv etmirəmsə, son günlər ona 14 diaqnoz qoyulub və daha üçü əlavə edilib”, - deyə qardaşı bildirib.

 Onun sözlərinə görə, sabiq prezident faktiki olaraq yemək qəbul etmir, uzun aclıq aksiyasından sonra müalicə aldığı klinikaya daxil olduğu andan 11 kq arıqlayıb.

Xatırladaq ki, ötən il gizli yolla Gürcüstana gələn və daha sonra həbs edilərək Rustavi şəhərindəki 12 saylı həbsxanaya köçürülən eks prezident Mixeil Saakaşvilinin səhhəti ətrafında söz-söhbət bitmir.

Ailəsi, tərəfdarları onun müalicə olunmaq üçün Avropaya  göndərilməsini tələb edirlər.

Bir müddət əvvəl elə  bu söz-söhbətə son vermək üçün eks prezident “VİVAMED” klinikasına  köçürülüb.

Lakin vəkili, tərəfdarları onun müalicəsindən razı deyillər və yeganə çıxış yolunu Avropa ölkələrindən birinə göndərilib müalicə olunmasında görürülər.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN