booked.netbooked.net booked.net  

Ölkədə məktəb yeməkxanaları yeni qaydalarla çalışacaq, həmçinin qiymət artımı baş verməyəcək.

 Qazaxıstanın təhsil naziri Ashat Ayagambetov özünün Facebook səhifəsində məktəb yeməkxanalarında qidalanma ilə bağlı yeni qaydalardan bəhs edib. Aymagambetov məktəb yeməkxanalarında məhsulların baha olması ilə bağlı problemlərdən əvvəllər də yazdığını və çox vaxt bufet qiymətlərinin qonşu mağazadan 2 dəfə baha başa gəldiyini xatırladıb.

O, qeyd edib ki, Qazaxıstan Təhsil Nazirliyi mütəxəssislərdən ibarət işçi qrupu yaradıb və lazımi düzəlişlər hazırlayıb:

“Nə dəyişdi? İndi xidmət göstərən şəxslərlə yeməklərin verilməsinə dair yeni müqavilələr bağlandıqdan sonra məktəb yeməkxanalarında qiymətlər, o cümlədən bufet məhsulları, içkilər və sair xidmət göstərənlərin mülahizəsinə uyğun deyil, orta bazar qiymətləri nəzərə alınmaqla formalaşacaq.

Eyni zamanda, dövlət satınalmaları portalında məlumat bazası və statistika orqanlarının məlumatları əsas götürüləcək. Bu, yeməkxanalarda qiymət artımının qarşısını alacaq”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, valideynlərin qidalanma haqqında məlumatlandırılması və ya onun keyfiyyətini qiymətləndirməsi üçün (əsasən şəhər məktəblərində nağdsız ödənişlərin) tədris resursunda yeməklərin, menyuların, qiymətlərin fotoşəkillərinin dərci ilə bağlı norma, mərhələli şəkildə tətbiq olunacaq.

Təhsil naziri nazirliyin, həmçinin məktəb menyusunun formalaşdırılmasına yanaşmaların yenilənməsi istiqamətində işlərə başladığını da qeyd edib.

 Yeni qaydalar xidmət təminatçıları ilə yeni müqavilələr bağlandıqdan sonra, gələn ildən tam qüvvəyə minəcək.

Eyni zamanda, Almatıda artıq məktəblilərin yeməklərinin təşkili üzrə pilot layihəyə start verilib. Bu günədək şəhərin üç məktəbində iaşə prosesinin optimallaşdırılması və sürətləndirilməsinə yönəlmiş pilot layihə həyata keçirilir.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN