"Tədbir görülməzsə, bu cür xəstəliklər əsrin ən böyük təhlükəsinə çevrilə bilər”.

Qeyri-infeksion xəstəliklərin yoluxucu xəstəliklərlə müqayisədə daha ölümcül hala gəldiyi bildirilir.

  TEZADLAR.AZ TRT-yə istinadən xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqladığı hesabatda yoluxucu olmayan xərçəng, diabet, ürək və ağciyər xəstəlikləri kimi səbəblərdən ölümlər araşdırılıb. Məlum olub ki, xərçəng, şəkərli diabet və xroniki respirator xəstəliklər hər il 41 milyon insanın həyatına son qoyur.

  2019-cu ildə 70 yaşa qədər 17 milyon insan qeyri-infeksion xəstəliklərdən dünyasını dəyişib.

  Ölümlərin 86 %-i aşağı və ya orta gəlirli ölkələrdə baş verib.

  Qeyri-infeksion xəstəliklərə görə insan itkisinin yoluxucu xəstəliklərdən daha çox olduğu müşahidə edilib.

  Hesabatda ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesusun da sözlərinə yer verilib: “Qeyri-infeksion xəstəliklərin yaratdığı təhlükələrin həqiqi miqyası bu hesabatla bir daha görünür. Tədbir görülməzsə, bu cür xəstəliklər əsrin ən böyük təhlükəsinə çevrilə bilər”.


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA