…Bakının mərkəzində, Afiyəddin Cəlilov küçəsinin Cavanşir körpüsü ilə kəsişməsindəki 14 mərtəbəli bina bir həftədir sökülür.

Binanın sökülməsinin səbəbi ictimaiyyətə bəlli deyil. Amma söküntünü aparan şirkətin toz-dumanı ətrafda yaşayan sakinlərə yaxşı tanışdır… Qısası, ya zəllədən, ya vəlvələdən, mərkəzdəki bu bina sökülür. Yerində nə tikiləcək? Əgər Ağ Şəhər Bulvarının başlanğıcı olan bu ərazidə sökülən binanın yerində yenə göydələn tikiləcəksə, Bakının ekologiyasının qənimi olan tıxacla yüklənməsinə daha bir «töhfə» verilmiş olacaq. Çünki mütəxəssislər də Bakıdakı cari tıxaclarda mərkəzdə tikilən göydələnlərin rolunu aydın şəkildə bildirirlər... Tıxacların həlli yolu isə hələki görünməzdir...

A.Məmmədli