1 yanvar 2023-cü il tarixindən qüvvəyə minəcək “Qida təhlükəsizliyi haqqında” Qanunda bioloji aktiv qida məhsullarının qeydiyyatı ilə bağlı yeni tələblər müəyyənləşib.

Tezadlar.az xəbər verir ki, bu barədə AQTA sədri Qoşqar Təhməzli ölkədə qida təhlükəsizliyi sahəsində görülən işlərlə bağlı bu gün keçirilən mətbuat konfransında məlumat verib.

Bildirib ki, qida təhlükəsizliyi ilə bağlı yeni qanuna əsasən 1 yanvardan etibarən ölkəyə idxal olunan bioloji aktiv qida məhsullarının istehsal obyektinin təsdiqedici sənədi və qeydiyyatı tələb olunacaq.

Bioloji aktiv qida məhsullarının satışı ilə bağlı apteklərə nəzarətin gücləndiriləcəyindən söz açan Qoşqar Təhməzli tibbi reseptlərdə bioloji aktiv qida məhsullarını dərman vasitəsi kimi qeyd edən həkimlərin inzibati məsuliyyətə cəlb olunacağını bildirib.

TEZADLAR.AZ