“34 mindən çox qeydiyyatda olan narkotik aludəçiləri var, amma müalicə üçün cəmi 500 çarpayımız var”.

Bunu “Poisə Dəstək” İB-nin sədri, ehtiyatda olan polis polkovniki Şəmsəddin Əliyev TEZADLAR.TV-nin efirində onun fəsadları və mübarizə yollarından danışarkən bildirib.

O, qeyd edib ki, "narkodispanser"lərdə narkoloq çatışmazlığı var.

“35 minədək narkotik aludəçisi olan xəstələrə cəmi 4- 5 narkoloq baxır. Narkoloqları tibb universiteti yetişdirir – müalicə fakültəsində təhsil alanlardan.  Təsəvvür edin, ötən il ATU-nun bir nəfər də olsun narkoloq məzunu olmayıb. Amma onadn əvvəlki illərdə 2 - 5 narkoloq məzunu olub. Biz bununla hara gedə bilərik? Bu xəstələrlə narkoloq məşğul olmalıdır, - deyib.

Onun sözlərinə görə, həm orta məktəblərdə, həm də ali təhsil ocaqlarında tədris proqramlarına narkomaniya ilə bağlı mühazirələr salınmalıdır.

“...Mən görürəm ki, burada güc Daxili İşlər Nazirliyinin üzərinə düşüb. Buradan bəyan edirəm ki DİN son 3 ildə  narkomaniyaya qarşı xüsusi peşəkarlıqla mübarizə aparıb, - deyə Şəmsəddin Əliyev bildirib.

 

Y.MƏMMƏDLİ