booked.netbooked.net booked.net  

 42 uşaq səhvin acısını çəkdi...

Qazaxıstanın səhiyyə naziri Acar Giniyat Aktobedə məktəblilərə Mantu sınağı əvəzinə BSJ  (vərəmə qarşı canlı peyvənd) peyvənd edən tibb bacısının istintaq işinin gedişi barədə danışıb.

“Bu iş hüquq-mühafizə orqanlarına göndərilib. Onun (tibb bacısı - red.) işdən azad edilib-edilməməsindən və ya işini davam etdirməsindən asılı olmayaraq, hər halda, istintaq tədbirləri davam etdirilir”, -  nazir bildirib.

O, eyni zamanda həmin tibb işçisinin öz xahişi ilə işdən çıxarılmasından da danışıb.

“Onun öz işindəki qeyri-dəqiqliyi və günahını nəzərə alsaq, bu onun hüququdur. Amma istintaq, daha doğrusu, istintaq-əməliyyat tədbirləri davam etdirilir”, - deyə Səhiyyə Nazirliyinin rəhbəri bildirib.

***

Xəbər verdiyimiz kimi, sentyabr ayında Qazaxıstanın Aktobe şəhərində 42 nəfər birinci sinif şagirdinə Mantu sınağı əvəzinə vərəmə qarşı canlı peyvənd vurulub.

 Daha sonra uşaqların vəziyyəti kəskin pisləşib. İynənin yerində iltihab meydana gəlib və temperatur yüksəlib. Valideynlər izahat tələb ediblər, lakin məktəb rəhbərliyi bunun yalnız səhv olduğunu söyləyib.

 Valideynlər bildirib ki, uşaqlar ağlayır, məktəb hər şeyi susdurmağa çalışır, onların əlil olmayacağına isə heç kim zəmanət vermir…

 Səhiyyə şöbəsində də məsələyə təəccübləniblər və rəsmilər əmin edirlər ki, belə hal onların təcrübəsində ilk dəfədir. Və məlum olub ki, həmin gün uşaqlara özəl tibb mərkəzinin əməkdaşları tərəfindən peyvənd vurulub, hansı ki, onlar məktəblərə dövlət sifarişi əsasında xidmət göstərirlər.

 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN