Dünyada əhalisinin sayına görə  9 -cu yerdə qərarlaşan (147,2 milyon nəfərdən çox ) Rusiya Federasiyasında həkim qıtlığı yaşanır, o cümlədən tibb bacısı.

Bu gün Rusiyada 25-26 min nəfərədək həkim çatışmazlığı var. Bu barədə Rusiya Federasiyasının Səhiyyə naziri Mixail Muraşko Dövlət Dumasında - hökumət saatında məlumat verib.

Onun sözlərinə görə, ölkədə tibb bacısı kadrlarının da çatışmazlığı var.

 "Həkimlər üçün kadr çatışmazlığı təxminən 25-26 min nəfərdir, orta tibbi personal üçün - 50 min civarındadır”,- deyib.

 Muraşko onu da vurğulayıb ki, bu, kritik olmayan, lakin vacib bir kəsirdir.

***

Qeyd edək ki, Rusiyada həkim hazırlayan 70-ə yaxın universitet fəaliyyət göstəriri - həm ixtisaslaşdırılmış tibb təhsili müəssisələri, həm də geniş təhsil profillərinə malik universitetlərin ayrı-ayrı tibb fakültələri.

Və onu da bildirək ki, hər il dünyanın hər yerindən 50 000-dən çox tələbə Rusiyada - Asiyadan, MDB ölkələrindən, Afrikadan və Yaxın Şərqdən kliniki tibb ixtisası üzrə təhsil alır.

Təəccüblüdür ki, dünyaya həkim “ixrac” edən ölkənin  bu gün həkimlərə ehtiyacı var. Görünür, tibb fakültələrində təhsil almaq istəyən abituriyentlərin ya bilik səviyyəsi bu ixtisas üzrə təhsil almağa imkan vermir və yaxud da müraciət edənlər çox azlıq təşkil edir...  

JASMİN