booked.netbooked.net booked.net  

Rusiyanın əksər regionlarında donuz qripi aşkarlanıb.

Bu barədə “Rospotrebnadzor”un mətbuat xidməti məlumat yayıb.

"Qrip olmayan etiologiyalı respirator virusların strukturunda rinovirusların (13,3%), RS viruslarının (12,0%), metapnevmovirusların (10,1%), adenovirusların (7,2%) payı daha yüksək olaraq qalır. "Donuz qripi"  adlandırılan bu qrip,  artıq Rusiya Federasiyasının 74 subyektində aşkarlanıb", - məlumatda deyilir.

Ölkədə qrip və “ORVİ”-yə  (Kəskin respirator virus infeksiyası-red) yoluxma halları artmaqda davam edir.

"Son həftə ərzində “ORVİ” və qripə yoluxma nisbəti əvvəlki həftə ilə müqayisədə 23,3% artıb", - bildirilib.

Rusiyada ilin 48-ci həftəsində koronavirusa yoluxma halları 47-ci həftə ilə müqayisədə 11,6% çox olub.

 “Xəstəliyin  artması 57 regionda, o cümlədən Moskva, Moskva vilayəti və Sankt-Peterburqda qeydə alınıb”, - deyə idarədən əlavə ediblər.

***

Qeyd edək ki, Donuz qripi (SIV)  ÜST-ün yaydığı məlumata görə, virus "donuz qripi" adlansa da, əslində, müxtəlif H1N1 viruslarının qarışığından yaranıb – donuz qripi, quş qripi, insan qripi.

Bu üzdən viruslara həm donuzların, həm quşların, həm də insanların yoluxması mümkündür. Adi öskürək və asqırıqla ətrafa yayılan damcılar və xəstə insanla yaxın kontaktla xəstəlik asanlıqla yayıla bilir.

"Donuz qripi"nə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub.

Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə tutulub ki, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada Böyük Britaniya, Çili və Avstraliyada daha çoxdur.

"Donuz qripi"nin texniki adı belə qəbul olunub: A/H1/N1. "A" tipli qrip virusun nəfəs yolu ilə yoluxması nəticəsində ortaya çıxır və bu xəstəlik sürətlə yayıla bilir.

"Donuz qripi" donuzlarda bütün il boyu özünü biruzə verə bilər.

Xəstəliyə yoluxanlar özlərini əzgin, yorğun hiss edirlər, boğazları qaşınır, əzələləri ağrıyır, quru öskürək müşahidə olunur. Amma quş qripindən fərqi odur ki, bu qripə yoluxanlarda ürəkbulanma və diareya halları sıx-sıx müşahidə olunmur.

"Donuz qripi"nə qarşı hələlik heç bir peyvənd yoxdur. İndi Dünya Sağlamlıq Təşkilatı bu peyvəndi hazırlamaqla məşğuldur. Vaxtında müalicəyə başlayanda, xəstəni sağaltmaq mümkündür.

...Yəqin ki, qonşu ölkədə yayılmış “Donuz qripi”nə görə daha diqqətli davranmalı və ehtiyat tədbirlərini görməliyik.

 

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN