2023-cü ildən etibarən sanitar həkimlər onlayn mağazalarda, sosial şəbəkələrdə və KİV-lərdə mütəmadi olaraq sanitar-epidemioloji monitorinqlər aparırlar.

TEZADLAR.AZ Qazaxıstan KİV-nə istinadən xəbər verir ki, Qazaxıstan Respublikasında qida əlavələrinin təhlükəsizliyi və keyfiyyətini təsdiq edən dövlət nəzarətindən keçmədən satılması ilə bağlı faktlar müəyyən edilib.

“Reklam pozucuları gündəlik istehlak normalarını (D, Ca, E vitaminləri olan bioloji aktiv qida əlavələri) pozaraq, tərkibində psixoaktiv maddələr (arıqlama dərmanları) olan kustar üsulla hazırlanmış potensial təhlükəli qida əlavələrini – “BAD” satıblar. Üstəlik, qida əlavələri dərman vasitəsi olmasa da, qida məhsullarına aid olsa da, onların müalicəvi xüsusiyyətləri barədə məlumatlarla reklam olunur”, - deyə məlumatda bildirilir.

İnformasiya sahəsində səlahiyyətli orqanla birgə internet resurslarında qanunsuz reklamın qarşısının alınması istiqamətində iş aparılır. Hazırda Qazaxıstanda “Meta Platforms” şirkətinin 23 profil səhifəsi silinib, 1800-dən çox qanun pozucusu barəsində tədbir görülüb. Monitorinqin nəticələrinə görə, distribyutorların 71%-i sosial şəbəkələrdə qida əlavələrinin reklamını dayandırıb.

Əhalinin məlumatlandırılması üçün QR Səhiyyə Nazirliyinin Sanitariya-Epidemioloji Nəzarət Komitəsinin internet saytında, uyğun olmayan məhsulların reyestrində insan həyatı və sağlamlığı üçün birbaşa təhlükə törədən, dövlət qeydiyyatından keçməmiş 43 adda qida əlavəsinin (“BAD”) siyahısı dərc edilib.

 

JASMİN