Qırğızıstan insan papilloma virusuna (İPV) qarşı tək dozalı peyvəndin tətbiqinə keçib.

TEZADLAR.AZ Qırğızıstan KİV-nə istinadən xəbər verir ki, bu barədə Respublika İmmunoprofilaktika Mərkəzinin rəhbəri Gülbarə İşenapysova bu gün keçirdiyi mətbuat konfransında məlumat verib.

 Onun sözlərinə görə, təqvimdə dəyişikliklər immunlaşdırma üzrə ekspertlərdən ibarət elmi-texniki qrupun tövsiyələri nəzərə alınmaqla edilib.

 Qeyd edək ki, Qırğızıstan Respublikasında İPV peyvəndi ilk dəfə 2022-ci ilin noyabrından etibarən 11 yaşlı qızlara vurulmağa başlayıb. Həkimlərin fikrincə, bu, maksimum effektivliklə uşaqlıq boynu xərçənginin qarşısını alır.

 Əvvəllər peyvənd altı ay fasilə ilə ildə iki dəfə tətbiq olunurdu.

 

JASMİN