booked.netbooked.net booked.net  

Ermənistan yeni “omicron” koronavirus ştammı ilə əlaqədar bir sıra Cənubi Afrika ölkələri vətəndaşlarının ölkəyə girişini məhdudlaşdırmaq niyyətindədir.

Ermənistanın səhiyyə naziri Anahit Avanesyanın açıqlamasına görə, ölkə rəhbərliyi  Cənubi Afrika, Botsvana, Lesoto, Namibiya, Zimbabve, Mozambik, Madaqaskar və Tanzaniya vətəndaşlarının ölkəyə girişinə müvəqqəti məhdudiyyətlər tətbiq etmək fikrindədir.

O, bu barədə qərarın koronavirusla mübarizə üzrə idarələrarası komissiyanın bazar ertəsi keçirilməsi planlaşdırılan iclasından sonra veriləcəyini bildirib.

Qeyd edək ki, statistik məlumatlara görə, indiyədək Ermənistan əhalisinin 337 931 nəfəri, yəni 11,4%-i  koronavirusa yoluxub.  Virusdan 7514 nəfər (2,2%) ölüb. Hazırda aktiv xəstə sayı 15 291 (4,5%) nəfərə çatıb.

Xatırladaq ki, Ermənistanda Moderna, Oxford/ AstraZeneca, Sinopharm/Beijing, Sinovac və Sputnik V vaksinlərindən istifadə edilir.

İndiyədək əhalinin 738 887 nəfəri (24,87%) peyvənd olunub. Onlardan  yalnız 372 004 nəfəri (12,52%)  tam  peyvənd olunub.

JASMİN

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN