booked.netbooked.net booked.net  

Dünən Qusarda insanpərvərlik aksiyası keçirilib...
Tanınmış jurnalist-xeyriyyəçi Sədaqət Kərimova bu barədə maraqlı status paylaşıb. Jurnalist yazır: "...Dünənki aksiya reklam olunmadı, informasiya kanalları, saytlar onun haqqında məlumat vermədi. Çünki bu insan sevgisi üstündə köklənmiş aksiyanın təşkilatçıları bunu istəmədilər. Öz xeyirxah məqsədlərini səssiz-səmirsiz həyata keçirdilər. Qarabağ müharibəsi şəhidlərinin ailə üzvlərinə və qazilərə sözdə deyil, əməldə diqqət və qayğı göstərmək üçün təşkil olunan bu tədbir noyabrın 28-də baş tutdu. Bütün gün ərzində Qusar şəhərindəki OKİ klinikasının tibb heyəti və Bakı şəhərinin 32 adlı-sanlı həkimi 200-dən artıq insanı müayinə etdi. Bu, adi müayinə deyildi, həkimlər və tibb bacıları öz həssas pasientlərini tam ödənişsiz, diqqət və qayğı ilə əhatə etdilər. "OKİ" klinikası və Azərbaycan Tibb Universitetinin Onkoloji klinikasının birgə təşəbbüsü olan bu aksiya çərçivəsində KT, MRT, USM və digər diaqnostik və laborator müayinələr keçirildi, ehtiyacı olan xəstələr 65 adda dərman preparatları ilə təmin olundular. Həmçinin cərrahi əməliyyatlara ehtiyacı olan xəstələr tam ödənişsiz əməliyyat olunmaqdan ötrü qeydiyyata götürüldülər.
Aksiya Qusar rayonu İcra Hakimiyyətinin informasiya dəstəyi ilə baş tutmuşdur. Bu insanpərvərlik aksiyasının bütün iştirakçılarına dərin minnətdarlığımızı bildiririk.
Nə yaxşı ki, varsınız! Dünyamızı xeyirxahlıq xilas edəcək!".
Bəli, dünyamız yaxşıların və xeyirxahların çiynində duruş gətirib. Xeyirxahlığınız mübarək!
A.Məmmədli
Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN