booked.netbooked.net booked.net  

"Hətta yüngül sıçrayışlı infeksiyalarda belə, boğaz ağrısı ən çox görülən simptom olaraq qalır."

Yoluxucu xəstəliklər üzrə mütəxəssis, immunlaşdırma təcrübələri üzrə Məsləhət komitəsinin üzvü və Şimali Karolinadakı Atrium Health Wake Forest Baptist şirkətinin vaksinoloqu Doktor Ketrin Polinq NBC News-da "omicron" ştammının əsas əlamətlərini sadalayıb.

 Həkimin sözlərinə görə, xəstələr məhz bu əlamətlərə görə dəqiq nəyə yoluxduqlarını anlaya bilirlər.

"Öskürək, burun tutulması, burun axması və yorğunluq – “omicron” variantının xarakterik simptomları kimi görünür. Bununla belə, delta ştammından fərqli olaraq, bir çox xəstələr iybilmə və qoxubilmə  hisslərini itirmirlər. Hətta yüngül sıçrayışlı infeksiyalarda belə, boğaz ağrısı ən çox görülən simptom olaraq qalır", -deyə mütəxəssis bildirib.

İnfeksionist əlavə edib ki, tədqiqatçılar xəstələri müşahidələri nəticəsində bu qənaətə gəliblər.

Qeyd edək ki, indiyədək dünyanın 100-dən çox ölkəsində koronavirusun "Omikron" ştammı ilə yoluxma halları qeydə alınıb. Və ÜST –ün məlumatına görə, "omicron",  hətta kollektiv immuniteti yüksək olan ölkələrdə belə "delta" ştammından daha sürətli yayılır.

Azərbaycanda da “omicron”a yoluxma halları artır. Səhiyyə naziri Teymur Musayevin sözlərinə görə, artıq koronavirus xəstələrinin  40%-i “omikron” ştammına yoluxanlardır.

Təəssüf ki, son günlər Azərbaycanda da “COVİD 19”-a yoluxma  sayı əvvəlki günlərlə müqayisədə nəzərəçarpacaq şəkildə artmaqda davam edir.

JASMİN

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN