Rusiyanın hərəkətləri Ukraynada ictimai səhiyyə ilə bağlı fövqəladə vəziyyət yaradıb.

Xarici KİV-lər xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Ümumdünya Səhiyyə Assambleyasının 75-ci sessiyasında Ukraynadakı vəziyyətlə bağlı qəbul etdiyi qətnamədə deyilir.

88 dövlət qərarın lehinə, 12-si isə əleyhinə səs verib, 53 dövlət bitərəf qalıb.

Bitərəf qalan ölkələr arasında Qazaxıstan, Qırğızıstan, Mavritaniya, Malayziya və Özbəkistan da var.