booked.netbooked.net booked.net  

 Xeyir işlərdə - ad günlərində, yaxud qonaq-qarasını, yaxınlarını...  ləziz yeməklərə qonaq etmək istəyənlərin üz tutduqları yerlər - şadlıq evləri, restoranlar və digər bu tip məkanlardır.

Əlbəttə, həmin yeməkləri dadmadan öncə, o dadlı yeməklərin hazırlandığı mətbəxdəki vəziyyəti bilmək də böyük önəm daşıyır və təmizlik vacib şərtdir. Lakin bəzi hallarda belə məkanların mətbəxlərindəki sanitar –texniki vəziyyət, yeməklərin saxlama və hazırlama şəraiti  və s. o qədər də qənaətbəxş olmur.         

Və təəssüf ki, belə məkanlarda sanitar-gigiyenik tələblərin pozulması barədə məlumatlara tez-tez rast gəlirik.

Elə AQTA-nın nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Şəki rayonu, Şin kəndində fəaliyyət göstərən Yusifov Azad Mustafa oğluna məxsus “Şin” şadlıq evində aparılmış planlı yoxlama zamanı müəssisədə sanitar-texniki və sanitar gigiyenik vəziyyətin qənaətbəxş olmadığı və qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar olunub. Belə ki, isti su təchizatının və havalandırma sisteminin quraşdırılmadığı, pəncərələrin zərərvericilərə qarşı qoruyucu torla təmin edilmədiyi, işçi heyətin tibbi müayinədən keçmədiyi və xüsusi sanitar geyimdən istifadə etmədiyi, tullantı qablarının ağzı açıq şəkildə saxlanıldığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.

İstehlakşıların sağlamlığını qorumaq üçün isə bu cür müəssisələrdə qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə ciddi şəkildə əməl olunmalıdır.

Çünki güvəni bir dəfə itirmiş belə ünvanlara, çətinki sonra kimsə üz tuta...

 

Y.MƏMMƏDLİ

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN