booked.netbooked.net booked.net  

 

...44 günlük Zəfər müharibəsi Azərbaycan xalqının nə qədər əzmkar, səbrli və qürurlu olduğunu göstərdi. Bu Zəfər Ermənistanın, eləcə də ermənipərəst ölkələrin bütün arzularını puç etdi, gözündə qoydu... Həmçinin xalqımızı "məğlub edilmiş" kimi adı üzərindən atmış olduğuna bir daha inandırdı, düşmənin isə nə qədər zəif olduğunu ortaya qoydu... Elə okytabrın 17-də Füzuliyə səfərində Prezident İlham Əliyev bu barədə bir daha qəti qənaətini bölüşdü: "Mənə güc verən məhz xalqımızın əzmkarlığı idi. Bu torpaqları görməyən cavanlarımız bu torpaqlar uğrunda ölümə gedirdilər. Bu, xalqımızın böyüklüyünü bir daha göstərir. Biz həmişə bir arzu ilə, bir fikirlə yaşamışdıq ki, gün gələcək, ədaləti bərpa edəcəyik, xalqımızın üstündən “məğlubedilmiş” sözünü atacağıq, qürurlu xalq kimi, müzəffər xalq kimi yaşayacağıq və bu gün gəldi. Əgər xalqımız buna inanmasaydı, əgər cəmiyyətimiz bizim o sahədəki siyasətə dəstək olmasaydı müharibəni bu nəticələrlə başa vurmaq çox çətin olardı. Ona görə, bu bizim hamımızın qələbəsidir, hamımızın təntənəsidir”.

Bəli, Azərbaycan xalqı nəinki Ermənistanın 30 illik işğalına son verdi, həm də indiyədək mövcud "qəhrəman erməni xalqı" mifini darmadağın etdi...

 İRANIN RƏSMİ XƏBƏR AGENTLİYİNİN ŞUŞA "XƏSTƏLİYİ"

  ...Tarixən hər birimizin hafizəsində “Ən yaxın qonşu uzaq qohumdan irəlidir” fəlsəfəsinə sığınmış, yaxın qonşularımıza rəğbət bəsləmiş, etibar etmişik. 1990-cı illərdə SSRİ-nin dağılması ilə həm də bu fəlsəfə elə bil gözümüzdə dağıldı... Yaxın qonşumuz Ermənistan xain çıxdı, İran müsəlman ölkəsi olsa da, işğalçı Ermənistanın yanında oldu, üzdə Azərbaycanın haqq işini dəstəkləsə də, arxada bunun əksini etdi. Ən təmiz halda, Ermənistana əl uzatdı, işğala məruz qalmış Azərbaycana arxadan xəncər vuran Ermənistana dur demədi, əksinə, iqtisadi yardımlarından qalmadı...

Bu hələ harasıdır: İranın son hərəkətləri həddini aşdı, Azərbaycan Prezidenti səbrinin tükənməz olmadığını ortaya qoydu, İran rəsmilərinə xəbərdarlığını etdi... Təsəvvür edin, Prezident İlham Əliyevin bu xəbərdarlığından nəticə çıxarmalılar görün nə etdi:  Ermənistanın İranın İRNA Xəbər agentliyi neçə gün əvvəl İranın Xuzestan əyalətindəki Suz şəhərini “Şuşa” adlandıraraq Ermənistan səfirinin oraya səfərindən yazdı.

Həyasızlığın son həddi: niyə indiyədək yazmırdılar ki, sən demə, İranda Şuşa adında şəhər də varmış??? Bu artıq İranın erməni sevgisinin bariz nümunəsi, təzahürüdür! Bu həm də artıq siyasi həyasızlığın son həddi və Ermənistan kimi, qondarma, saxta bir dövlətə qucaq açmanın yeni formasıdır... Hansı ki, İRNA da, bu xəbər portalını idarə edənlər də, İranın dövlət rəsmiləri də başa düşür ki, artıq geriyə yol yoxdur, Azərbaycanın qədim və tarixi şəhəri olan Şuşa alınmaz qala kimi, başı üzərində Azərbaycanın bayrağını dalğalandırır... Və özü də Türkiyənin bayrağı ilə bərabər. Başqa nə ad verəsən, buna isə, sadə dildə, Azərbaycana ilişmək deyirlər... Yəqinki Azərbaycan XİN bu məsələni ciddi şəkildə İranın siyasi hakimiyyətinin diqqətinə çatdıracaq... Fars dilində yayımlanmış həmin saxta xəbəri Azərbaycan (rus dilində orijinaldan) təqdim edirik: "Tehran, 14 oktyabr, İRNA - Ermənistanın İrandakı səfiri Artaşes Tumanyan Xuzistan əyalətinə səfəri zamanı Şuşanın tarixi və qədim görməli yerlərini ziyarət etdi. Artaşes Tumanyan və heyəti Şuşa valisinin dəvəti ilə şəhərin mədəni irsinin xəzinələrini, muzey bağını, tarixi abidələri, Apadananı, Darius sarayını, kral şəhərini, On beşinci şəhəri, Susa qalasını və Choghaznabil barış məbədini ziyarət edib. Ermənistanın İrandakı səfiri Xuzistana iki günlük səfəri zamanı əyalətdəki bir neçə balıq təsərrüfatını, şəkər qamışı fabriklərini və əntiq əşyaları ziyarət edib".

Bu da rus dilində: "Посол Армении в Иране посетил исторические памятники Шуша: Тегеран, 14 октября, ИРНА - Во время своего визита в провинцию Хузестан посол Армении в Иране Арташес Туманян посетил исторические и древние достопримечательности Шуша. Арташес Туманян и его делегация с приглашением губернатора Шуша посетили сокровища культурного наследия города, музейный сад, исторические памятники, Ападану, дворец Дария, королевский город, Пятнадцатый город, замок Суза и храм мира Чогхазнабил. Во время двухдневного визита в Хузестан посол Армении в Иране посетил несколько рыбных хозяйств, фабрики сахарного тростника и предметы старины в провинции".

Əlavə nə şərh verəsən ki?! Bu da İranın sifəti...

 İran Xocalı soyqırımı ilə ermənilərin insanlığa sığmayan böyük  sevgisini tərəzinin gözünə qoysun...

  Erməni vandalizmi beynəlxalq cinayət maşınında sərhəd tanımır... Amma İran Ermənistanı bəşəriyyətə ləkə olan əməllərinə rəğmən, yaxşı tanıyır, qəbul edir, qucaq açır... Belə ki, Bəşər tarixində ən dəhşətli soyqırıma məruz qalan xocalılar 30 ilə yaxındır torpaq həsrətilə bərabər, həm də işğal altında qalan torpaqlarda dəfn edilmiş əzizlərinin məzarlarının həsrətilə göz yaşları tökürlər... Bu barədə "Təzadlar"a daxil olmuş bu həyəcan dolu yazını təqdim edirik: “Aylarla erməni blokadasında yaşayan xocalılar son anadək düşmənlərə qarşı layiqli mübarizə apardılar. Ancaq mənfur qonşularımız havadarlarının köməyinə arxalanaraq 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda bənzəri görünməmiş soyqırım aktı törətdilər. Quduzlaşmış erməni quldurları 366-cı motoatıcı alayın ağır texnikaları ilə dinc sakinləri atəşə tutaraq qocalara, qadınlara, körpələrə aman vermədilər. Qarlı, şaxtalı qış gecəsində meşələrə, çöllərə pərən-pərən olan insanların qarşısını kəsərək onları əsir götürdülər, dözülməz işgəncələrlə qətlə yetirdilər. O müdhiş gecədən salamat çıxa bilən Xocalı sakinləri Ağdamda Cümə məscidininin önündə doğmalarından, qohum-əqrabalarından xəbər almaq üçün gözləyirdilər. Ağdamın Cümə məscidinə gətirilən yüzdən artıq Xocalı şəhidləri Ağdamın Şəhidlər Xiyabanında və “Uzundərə” qəbiristanlığında dəfn edildilər. Müharibə və köçkünlük şəraitində qəbir daşı qoymağa macal olmadığı üçün şəhidlərimizin yaxınları onları yalnız sıralarına və nişanələrinə görə tanıya bilirdilər. Ancaq ermənilərin torpaqlarımıza təcavüzü davam etdi. Azğınlaşmış düşmən Ağdamı da işğal planına sala bildi. Başı müsibətlər çəkmiş xocalılar qaysaq bağlamayan yaraları ilə köçkünlük illərində Xocalının meşələrində, çöllərində qalmış və Ağdamda dəfn edilmiş şəhidlərimiz üçün Xocalı soyqırımı abidələrini ziyarət edərək göz yaşı tökdülər... Şükürlər olsun ki, bu gün azad olunmuş torpaqlarımıza səfərlər təşkil edilir, həmvətənlərimiz doğma dədə-baba torpaqlarını ziyarət edirlər. Ağdam torpağına ayaq basan xocalılar bir gözü Xocalıya tərəf asıla-asıla qəbirlərə yaxınlaşdılar. Təbii ki, onlar burada dəfn edilmiş şəhidlərimizin və Kətik dağında, Xocalı çöllərində məzarsız qalmış şəhidlərimizin ruhlarına ilk dəfədir ki, bu qədər yaxın olurdular. Dağıdılan qəbirləri tanımaq olduqca çətindir. Bəziləri doğmalarından nişanələr tapsalar da, sonradan tərəddüd edir, yanlışlığa yol verməkdən çəkinirdilər. Sağa-sola gedən izdiham içində səslər eşidilir: “Bax, Zöhrənin qəbri bu olmalıdır... Amma, deyəsən qəbrin başı tərəfində ağac əkilməmişdi...”, digər sakinimiz torpağın içindən bir bəzəkli qırmızı qotazı taparaq “Bu qotazı tanıyıram, öz əlimlə toxuyub qardaşımın nişanəsinə bağlamışdım, amma ola bilsin ki, külək götürüb bu səmtə gətirib, yanıla da bilərəm” deyir.Bəziləri tam əmin olmasa da, doğmalarının dəfn edildiyi qəbirləri müəyyənləşdirə bildilər. Ancaq qəbirlərin yerlərini xatırlaya və tanıya bilməyənlər də oldu. Axırda belə nəticəyə gəlindi ki, burada bütün qəbirlər doğma və əzizdir. Qəbirlərin kimə aid olduğunu tam dəqiqləşdirmək üçün DNT testi edilməsi vacibdir. Əgər yanılırıqsa, şəhidlərimizin ruhları bizi yəqin ki, bağışlayar. Necə ki, onları illərdir düşmən tapdağında qoyduğumuzu, ziyarətlərinə gəlmədiyimizi bağışladıqları kimi...”.

 

 Bu insanlığa sığmayan cinayətlər törətmiş Ermənistanın əməllərinə hayqırtı ilə verilən bir cavabdır! Ağdama səfərlər edən xarici diplomatlar, əcnəbi jurnalistlər bu dəhşətləri görəndə yanıb-yaxılır, erməni vəhşiliyinin sərhədsizliyindən qəhərlənirdilər, göz yaşı axıdırdılar... Mən özüm bunun dəfələrlə şahidiyəm... Bu barədə dünyanın ən populyar nəşrləri çoxsaylı məqalələr yazıb, video-sujetlər veriblər...

Bəli, dünya Qarabağda tökülən bu göz yaşlarına inanır, təkcə yaxın qonşumuz, müsəlman ölkəsi İrandan başqa! İran bu göz yaşlarına inansaydı, Xuzestan əyalətindəki Suz şəhərini “Şuşa” adlandıraraq Ermənistan səfirini oraya səfər etdirməz, Azərbaycana acıq verməzdi... Özü də bilə-bilə ki, Azərbaycanın qədim və tarixi şəhəri olan Şuşa Dəmir yumruqla alınıb, orada Azərbaycanın üçrəngli bayrağı dalğalanır... Və “Bir kərə yüksələn bayraq bir daha enməz!”

Asif Mərzili

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. İstiqamət: 6.3.5)

 

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN