booked.netbooked.net booked.net  

Qəlbi və arzuları ilə daim Azərbaycanın yanında olan veteran jurnalist, İsrailin “Sputnik” qəzetinin baş redaktoru  Mark Qorin bu yaxınlarda çapdan çıxmış ikicildlik “Qayıdış” romanını təqdim edib.

Təqdimat mərasimi “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının mətbuat klubu ilə birgə təşkil edib. Eləcə də təqdimat  “Azİz”in yaradılmasının 15 illiyinə və Azərbaycan ilə İsrail arasında əlaqələrin qurulmasının 30 illiyinə həsr olunub.

 Xatırladaq ki, Mark Qorin həmişə fəxr və qürurla haqqında danışdığı Bakı şəhərində anadan olub. Onun uşaqlığı isə Sumqayıtın indiki Tağıyev qəsəbəsində, o vaxtkı “Nasosnaya” hərbi şəhərciyində keçib. 

Romanın redaktorunun tanınmış ustad jurnalistin “Qayıdış” romanının üz qabığında verilən arzusu belədir: “Mən Mark Qorini uzun illərdir ki, istedadlı jurnalist kimi tanıyıram. Onun yaradıcılığı həmişə müşahidə və faktın arxasında duran fenomeni və problemi görmək istəyi ilə seçilib. Onun “Qayıdış” romanına xeyirli aqibət, diqqətli və ağıllı oxucu arzulayıram".

  Qorinin “Mənim talismanım” adlandırdığı Rusiya radiosunun uzunmüddətli əməkdaşı Viktoriya Dolinskaya isə arzusunu belə ifadə edib: “Tanışlığımızın əhvalatı o qədər danışılıb, danışılıb ki, hərdən mənə ədəbi fantastika kimi gəlir... 51 il əvvəl sizin yüngül əlinizlə jurnalistikanın çətin və gözəl yoluna qədəm qoydum. Siz, Sumqayıt şəhər qəzetində şöbə müdiri vəzifəsində çalışan gənc mütəxəssis, cəsarətsiz məktəbli qızda peşəkarlıq qabiliyyətini ayırd edə bildiniz. 1971-ci il aprelin 12-də Qaqarinin kosmosa uçuşunun 10 illiyi günü ilk qeydim dərc olundu. Bundan sonra mənə qürurlu junkor titulunu verdin. Bizi müqəddəs torpaqda yenidən bir araya gətirmək üçün həyat bizi pərən-pərən saldı. İndi siz və mən İsraildə rusdilli mətbuatın veteranlarıyıq. Hörmətli Marik, həyata bilet üçün təşəkkür edirəm! Peşə seçdiyim üçün heç vaxt peşman olmamışam! Və mən şadam ki, o aprel günü kiçik bir şəhərin qəzetində evdə hazırlanmış raketin buraxılışı ilə bağlı həyəcanlı hekayəmi oxuyan siz oldunuz!”.

 Xatırladırıq ki, Mark Qorin ötən ilin yayında tanınmış hüquqşünas-politoloq Adil Minbaşının dəvəti ilə Bakıda olmuşdu. Səfər çərçivəsində “Təzadlar”ın əməkdaşları ilə də görüşdü, Azərbaycan-İsrail dostluğu barədə, Qarabağ haqqında geniş müsahibə vermişdi.

Ustad jurnalistin “Qayıdış” romanı isə bizim üçün də sürpriz oldu. Romanda Azərbaycanla bağlı olduqca maraqlı xatirələr var. O, daim Azərbaycanı təbliğ edib, rəhbərlik etdiyi “Sputnik” qəzetində Qarabağın Azərbaycanın ayrılmaz- bölünməz parçası olduğunu təbliğ edib. Düşünürük ki, qocaman jurnalistin “Qayıdış” romanı Azərbaycan dilinə tərcümə edilərək oxucuların ixtiyarına verilərsə, bu Mark Qorin yaradıcılığının mahiyyətini öyrənməkdə hər birimiz üçün açar olardı.

İnanırıq ki, Azərbaycan-İsrail Parlamentlər Arası Dostluq Qrupu və Azərbaycanın vətənpərvər iş adamları bu missiyanı öz üzərinə götürəcək.

Kitabın təqdimatı barədə redaksiyamıza məlumat verən dəyərli Adil Minbaşıya təşəkkürümüzü bildiririk.

A.Məmmədli

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN