booked.netbooked.net booked.net  

“ABŞ-ın bu cür davranışı ikiüzlü siyasətdir…»

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyevin “Təzadlar”a eksklüziv açıqlamasını təqdim edirik:

- Ukraynanın bəzi ərazilərini Rusiyaya birləşdirmək üçün referendum keçirilməsi nəzərdə tutulur. ABŞ, NATO bu referendumu tanımayacaqlarını bəyan edirlər. Belə olan təqdirdə  Rusiya necə davrana bilər?

- Əvvəla onu qeyd edim ki, Ukraynanın bu günə düşməsinin səbəbkarı ABŞ-dır. Əgər 2014-cü ildə ABŞ Ukraynada dövlət çevrilişi etməsəydi, Ukrayna dövlətini klonlaşdırıb öz inhisarına almasaydı Rusiya əleyhinə istifadə etməsəydi bugünkü vəziyyət yaranmazdı. O ki, qaldı sualınıza, onu qeyd edim ki, bu ABŞ-ın ikiüzlü siyasətinin məntiqi nəticəsidir. Sizə bir faktı qeyd edim, Xankəndidəki separatçıların qondarma “xarici işlər naziri” David Babayan ABŞ-a “rəsmi səfərə gedib”, hazırda Vaşinqtondadır. Separatçı 25 sentyabra qədər ABŞ-da qalacaq. Konqresdə rəsmi görüşləri ilə yanaşı, ayrı-ayrı konqresmenlərin iştirak edəcəyiArsaxın müstəqilliyinə” həsr olunmuş tədbirdə çıxışının olması iddia olunur. Bundan başqa, ABŞ-ın Azərbaycan dövləti ilə razılaşmadan seperatçı-terrorçu qüvvələri maliyyələşdirməsi faktı heç kimə sirr deyil. 30 ilə yaxın  bir müddətdə Azərbaycanın ərazisini işğal altında saxladığı bir dövrdə Ermənistan ABŞ tərəfindən himayə olundu, bu gün də himayə olunur. ABŞ-ın Ermənistana siyasi, maddi dəstəyi gücləndirilir. Bu gün ABŞ prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bəyan edir ki, Amerika Birləşmiş Ştatları Rusiyaya saxta "referendum"larla qoşulan əraziləri heç vaxt tanımayacaq və müttəfiqləri ilə birlikdə Rusiya Federasiyasına qarşı sanksiyaları sərtləşdirməyə çalışacaq”. 

 Maraqlıdır ki, ABŞ Ukrayna hadisələrinə görə, Rusiyaya tətbiq etdiyi sanksiyaları Ermənistana tətbiq etmədi, halbuki Ermənistanın işğalçı olduğu BMT-nin məlum 4 qətnaməsi ilə təsdiqlənmişdi. ABŞ-ın bu cür davranışı ikiüzlü siyasətdir. Ukraynada keçriləcək referendumdan sonra Rusiya həmin referendumun nəticəsini tanıyacaq və həmin ərazini öz ərazisi kimi bəyan edəcək. Belə olan təqdirdə regionda yeni hərbi-siyasi situsuya yaranacaq və Rusiya öz təhlükəsizliyi üçün nüvə silahından istifadə hüququnu gündəmə gətirə bilər. Bu da dünya üçün daha təhlükədir...

A.Məmmədli

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN