“Brüssel formatında danışıqlar müvəqqəti dayandırılmalıdır.”

Bu fikri politoloq Azad Məsiyev “TEZADLAR.AZ”a açıqlamasında bildirib.

Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyevin fikrlərini oxuculara təqdim edirik:

 -Noyabrın 15-də Fransa Senatının aşağı palatası Azərbaycan əleyhinə qətnamə qəbul edib. Siyasi baxımdan bu qətnaməni necə şərh edərdiniz?

- Açıq tezislə desək, Fransanın bu cür davranışı Azərbaycan xalqına və Azərbaycan dövlətinə qarşı açıq düşmənçiliyin bariz nümunəsidir. Senatın  qəbul etdiyi bu  sənəd Azərbaycana qarşı ultimatum verməsi deməkdir, birbaşa AR suverenliyinə təhdit etmək kimi anlam yaradır. Qərarda səslənən hər bir fikir qərəzli, beynəlxalq hüquqa zidd, siyasi reallıqdan uzaq, böhtan xarakterlidir.

Gəlin, bu sənəddə ifadə olunan hər bir fikiri olduğu kimi təhlil edək.

Fransa hökuməti Ermənistana və “Dağlıq Qarabağa” “təcavüzə” görə Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağırır;

BMT Təhlükəsizlik Şurasının— 1993-cü il noyabrın 12-də 822 (1993)853 (1993) və 874 (1993) 884 saylı qətnamələri var. Bu sənəddə birbaşa Ermənistan işğalçı dövlət kimi qeyd edilir, Fransa  BMT TŞ  beş üzvündən biri kimi məlum sənədlərin qəbuluna səs vermişdi. BMT Təhlükəsizlik Şurasının sənədlərində açıq şəkidə Ermənistan silahlı qüvvələrinin AR ərazisindən dərhal çıxarılması qeyd edilir. 30 ilə yaxın bir müddət keçməsinə baxmayaraq, BMT qərarlarının icra olunmasına göz yumulurdu.  Beynəlxalq hüquqa görə,  AR öz ərazisini müdafiə etmək,  işğalçılardan azad etmə haqqı  var. Beynəlxalq hüququn verdiyi imkanlardan istifadə edərək 44 günlük müharibə zaman Azərbaycan Respublikası öz ərazisini işğaldan azad etdi.  BMT, o cümlədən dünya içtimayyəti  Qarabağı AR-in tərkib hissəsi kimi tanıyır.

Azərbaycan sentyabr döyüşlərində “Ermənistanın suveren ərazisinə hücumda” ittiham edilir və rəsmi Bakını “qoşunları Ermənistandan çıxarmağa” çağırırlar;

- Əvvala onu qeyd edim ki, 12-13 sentyabrda sərhəddə baş verən münaqişə Ermənistan Respublikasının siyasi rəhbərliyi tərəfindən, planlı şəkildə həyata keçirilən bir təxribat idi. Fransa başda olmaqla, qərbin siyasi sifarişi ilə  törədilən  təxribaın məqsədi Ermənistan-Azərbaycan arasında münaqişəni yenidən beynəlxalq müstəviyə qaldırmaq idi. Xatırlatmaq yerinə düşər ki, 12-13 sentyabr  hadisələrindən dərhal sonra Fransanın təşəbbüsü ilə Ermənistan-Azərbaycan arasında münaqişə  BMT müzakirəsinə çıxardılırdı.

 AR ilə ER arasında sərhədlərin müəyyəndilməsi və dəqiqiləşdirilməsi müəyyən edilməyib, Ermənistan hər dəfə müxtəlif bəhanələrlə bu məsələdən, yəni sərhədlərin dəqiqləşdirilməsindən yayınır. Bu baxımdan, kim kimin sərhəddini pozub, bu, sual altındadır.  10 noyabr üçtərəfli sənəddə açıq şəkildə qeyd edilir ki, Ermənistan silahlı qüvvələri AR ərazisindən çıxarılmalıdır və Ermənistanın Baş naziri Paşinyan da öz imzası ilə təsdiqləyib.

- Fransanın “Dağlıq Qarabağın” tanınmasının vacibliyi bir daha təsdiq olunur;

Fransa bu çağrışı ilə beynəlxalq hüquqa zidd hərəkəti ilə, Azərbaycanın suveren ərazisinə qarşı pozuculuq münasibəti sərgiləyir, seperatizmi qızışdırmaqla ərazi bütövlüyümüzü təhdid edir. Dünya iştimayyəti, beynalxalq təşkilatlar Qarabağı AR tərkib hissəsi kimi tanıyır. Fransanın bu çür çağrışları BMT nizamnaməsinə ziddir. Dövlətlərin ərazi bütövlüyünə, suverenliyinə qarşı atılan bir addımdır.

 Laçın dəhlizinin statusunun dəyişməz qalacağına təminat verilməsi tələb edilir;

-Qeyd edim ki, Laçın dəhlizi AR-in süveren ərazisidir. Həmçinin Laçın dəhlizi  bildiyiniz kimi, 10 noyabr 2020-ci il tarixdə üçtərəfli - Rusiya, Azərbaycan, Ermənistan arasında imzalanan məlum sənədə əsasən, gündəmə gələn bir məsələdir. Fransanın bu məsələyə heç bir aidiyyatı yoxdur, bizim Fransa qarşısında hər hansı bir öhdəliyimiz yoxdur. Fransanın bu məsələ ilə  bağlı tələbi  siyasi etiqaddan uzaq, diplomatik davranışa zidd olan məsələdir. 

Fransa hökuməti avropalı müttəfiqlərlə birlikdə Azərbaycanın “yeni hücumlarına” güclü və adekvat cavab verməyə dəvət edilir;

-Fransanın bu çağrışı Ermənistan - Azərbaycan arasında münaqişənin sülh yolu ilə həllinə mane olmaqdan başqa bir şey deyil. Bu münaqişənin həlli üçün vasitəçilik edən tərəflərdən biri də Brüsseldir.  Fransanın bu çağrışı Brüsselin fəaliyyətinə kölgə sala bilər. Bildiyiniz kimi, Fransa Avropa İttifaqının aparıcı dövlətlərindən biridir, Fransa Senatının bu qərarı Aİ - nın tərəfsizliyini şübhə altına ala bilər.  

Azərbaycan rəhbərliyinə qarşı, o cümlədən, Azərbaycanın neft və qaz ixracına sanksiyaların qoyulması çağırışı edilir;

-Məlumat üçün qeyd edim ki, Fransanın təxminən 40-a yaxın tanınmış nəhəng şirkəti -"Total", "Alstom", "Suez", "Thales", "Danone", "Airbus", "Bouygues", "İveco", "Sanofi", "Rothschild"... uzun illərdir ki, Azərbaycanda iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərirlər. Bu şirkətlər küllü miqdarda Azərbaycan ərazisində qazanc əldə edərək Fransaya aparıblar. Materiyanın bir qanunu var: təsirin əks təsirə bərabərliyi pirinsipi. Fransa senatının bu çağırışı Azərbaycanda fəaliyyət göstərən  Fransa şirkətlərinin taleyinə zərbə vura bilər. Yəni Fransa  senatının erməni sevdalılığı, 40-a yaxın Fransa şirkətlərinin ölkəmizdən getməsinə səbəb ola bilər.

Fransa hökumətindən Qarabağda “humanitar ofisin” yaradılması, “Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsi” və İrəvana bütün vasitələrlə dəstəyin göstərilməsi xahiş olunur.

 Azərbaycan ərazisində xarici dövlətlər hər hansı bir hümanitar ofis açmaq istəyirsə, bu yalnız AR razılığı əsasında, eyni zamanda onların fəaliyyəti AR daxili qanunlarla tənzimlənməlidir. Fransa dövləti Azərbaycan Respublikasının ərazisi olan Xankəndində hər hansı bir  ofisin açmaq həvəsinə düşməsi, bu, beynəlxalq qanunları pozması deməsidir.

 Fransanın bu addımı Ermənistan-Azərbaycan münasibətlərini qızışdırmaqla, münaqişəni yenidən alovlandırmaq və Cənubi Qafqazda xaos yaratmaq niyyəti yaradır. Ermənistanın müdafiə qabiliyyətinin gücləndirilməsi” və İrəvana bütün vasitələrlə dəstəyin vermək kimi çağırışları AR-na hədə-qorxu gəlmək, AR ərazisini güc yolu ilə dəyişdirmək, Ermənistanı münaqişəyə sövq etmək həvəsi yaradır. 

-Azərbaycan Milli Məclisinin plenar iclasında Fransa Senatının qəbul etdiyi qətnamə deputatlar tərəfindən müzakirə edildi və tənqid olunduş. Milli Məclis mövqeyini bəyan etdi. Qarşılıqlı ittihamlar dövlətlərarası münasibətə  nə dərəcədə təsir edə bilər?

-Düşünürəm ki, Azərbaycan Milli Məclisinin mövqeyi Fransa Senatının qəbul etdiyi qətnaməyə adekvat deyil. Hesab edirəm ki, Azərbaycan daha sərt danışmaq haqqı var. Fransanın mövqeyi həm beynəlxalq hüquqa, həm siyasi reallığa, həm də Avropa İttifaqının Ermənistan-Azərbaycanarsında vasitəçiliyinə ziddir. 

Xatırlatmaq yerinə düşər ki, Fransa dövləti erməni soyqırımı ilə bağlı qanun qəbul edib. Fransa ərazisində erməni soyqırımının kim əlehinə mövqe bildirərsə, həmin şəxs barədə cinayət işi qaldırıla bilər. Fransanın Əlcəzairdə, o cümlədən digər ölkələrdə törətdiyi soyqırımla bağlı Milli Məclisdə qanun qəbul edilməli idi.

Fransa beynəlxalq terror təşkilatını himayə edən bir dövlətdir - istər İŞİD, istər ASALA, istərsə də PKK kimi təşkilatlar Fransa Xüsusi Xidmət orqanları tərəfindən idarə olunur, eyni zamanda onlara maddi, texniki dəstəyini edir.   Fransanın "Lafarge" şirkəti İŞİD terror təşkilatını xammalla təmin etdiyinə dair ittihamları etiraf edib. Fransa Xüsusi Xidmət orqanlarının İŞİD terror təşkilatı ilə sıx təmasının olduğu bildirilir. Suriya ərasinində İŞİD-in nəzarətində olan neft quyularında nefti Fransa dövləti daşıyıb.

Bu baxımdan, Milli Məclisin Fransa dövlətini terroru himayə edən, terror təşkilatı ilə əlaqəsinə görə  qanunu qəbul etməlidi. 

Fransa Senatının qəbul etdiyi qətnaməsini ləğv etməyincə,   Ermənistan-Azərbaycan arasında sülh danışıqlarında Brüsselin vastəçiliyi məqbul sayıla bilməz. Bu baxımdan, Brüssel formatında danışıqlar müvəqqəti dayandırılmalıdır. Bu barədə Milli Məclis qərar qəbul etməli, Avropa İttifaqının rəsmilərinə müraciət edilməli idi. 

Azərbaycanda fəaliyyət göstərən  Fransa  şirkətlərinə  Milli Məclisin xəbərdarlıq məktubu göndərilməlidir ki, Fransa Senatının qəbul etdiyi qətnaməsini ləğv edilmədiyi halda Fransız şirkətlərinin Azərbaycanda fəaliyyəti məqbul sayıla bilməz.

Fransa Senatının qəbul etdiyi qətnamə BMT-nin məlum nizamnaməsinə, beynəlxalq konvesiyalara, diplomatik qaydalara uyğun olmadığına görə iki dövlət arasında diplomatik əlaqələrin kəsiləməsinin reallaşdırılması gündəmə gəlməlidir.

 

TƏQDİM ETDİ: Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Friday, 02 December 2022
By Asif MEMMEDOV
IMAGE
QOŞA "BEŞ"İN MÜBARƏK!
Monday, 28 November 2022
By Elman ELDAROĞLU

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA