Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyevin fikirlərini Təzadlar"ın oxucularına tərqdim edirik...

 -Azad müəllim, bu yaxınlarda Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bəyan edib ki, (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) "Amerika xalqının pullarının niyə başqa ölkəyə iğtişaşları qızışdırmaq, iğtişaşlar planlaşdıran və zorakılıq törədən qrupları hazırlamaq üçün getdiyini izah etməlidir”.  Eyni zamanda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib ki, Gürcüstan iğtişaşlara imkan verməyəcək və bütün qanun pozucuları sərt şəkildə cəzalandırılacaq... Azərbaycan antiterror əməliyyatı apardı, Ermənistanda Paşinyan əleyhinə aksiyalar başlayıb, Gürcüstanda ixtişaş səsləri gəlməkdədir. Cənubu Qafqazda nə baş verir?

 -Dünyada yaranmış geosiyasi qarşıdurma dünya nizamını köklü şəkildə pozur, buna səbəb  ABŞ-la  Rusiyanın siyasi, hərbi, iqtisadi maraqlarının toqquşması ilə yanaşı, NATO və ABŞ-ın Rusiyanı özünə düşmən elan etməsidir. ABŞ-ın strateji məqsədi Rusiyanı dünya siyasi xəritəsindən silməkdir. Rusiya ABŞ-ın məqsədini anlayır və bütün vastələrdən istifadə edərək özünü müdafiə etməkdədir... ABŞ bu baxımdan, Rusiyaya yaxın ölkələrdə demokratiya bayrağı altında dövlət çevrilişləri, rəngli inqilablar həyata keçirdi, nəticədə həmin dövlətləri klounlaşdırdı. Buna nümunə kimi Gürcüstan, Ukrayna və Ermənistanı göstərmək olar. Birləşmiş Ştatların məqsədi Rusiyanı siyasi arenadan tamamilə kənarlaşdırmaqdır və bu istiqamətdə də addımlarını davam etdirir. Ukrayna böhranı da bu səbəbdən yarandı. Nəticədə Rusiyanın Avropa ilə əlaqəsini kəsildi. Rusiyaya cənuba - Türkiyə və İrana, o cümlədən  Afrika qitəsinə çıxmaq üçün yeni iqtisadi doktrina lazımdır. Rusiyanın bu planı həyata keçirməsi üçün Cənubi Qafqazda stabillik  lazımdır.

-Rusiya-ABŞ qarşıdurmasının  birinci episentri Ukraynadırsa, bu qarşıdurmanın ikinci episentiri  Cənubi Qafqazdırmı?

- ABŞ Cənubi Qafqaz projesini Ermənistan üzərindən həyata keçirmək istəyir. Bu baxımdan Baş Nazir Paşniyanı hər vəclə qoruyur, ona həm siyasi, həm maddi, həm də hərbi dəstək verməkdədir. Ermənistan-Azərbaycanda münaqişəsində ABŞ və Avropa Birliyinin açıq şəkildə Ermənistanı  dəstəkləməsi beynəlxalq hüquqa da siyasi reyallıqlara da uyğun deyildi. Azərbaycanın haqlı mübarizəsinin, Ermənistan üzərində həm siyasi, həm də hərbi qələbəsi ilə nəticələnməsi  ABŞ-ın Cənubi Qafqaz projesini, Paşinyan layihəsini iflasa uğradır. Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməməsi isə Rusiyanın cənub doktrinasına mane olmaqda idi. Azərbaycanın 44 günlük müharibədə qələbəsi və antiterror tədbiri ilə bölgədə qaynar ocağın söndürülməsi Qərbin regiondakı planlarını iflas etdir. Paşinyan vasitəsilə Azərbaycana təzyiq edilirdi ki, anti-Rusiya blokuna qoşulsun. Hətta bir vaxtlar Bakıda Soros Fondu yerləşirdi və niyyət ölkədə rəngli inqilab etmək, sonra Qərbpərəst iqtidar vasitəsilə Azərbaycandan Rusiyaya qarşı istifadə etmək idi. Amma Azərbaycan Soros Fondunu ölkədən çıxardı. Azərbaycanın  dövlət və milli maraqları tələb edir ki, xarici siyasət kursunda balanslaşdırıcı siyasət həyata keçirsin. 

-ABŞ Cənubi Qafqazda Rusiyanın planlarını pozmaq, Cənubi Qafqaz öz inisarına almaq məqsədi ilə münaqişələri  daha da  genişləndirmək üçün  Gürcüstan planını  işə sala bilərmi?

- Bilirsiz, son zamanlar  Gürcüstanın baş naziri İrakli Qaribaşvili ilə Gürcüstan prezidenti Salome Zurabişvilinin araslnda ciddi fikir ayrılığı yaranması, eyni zamanda Tiflisdə Qərbyönümlü qüvvələrin, sorosçuların fəallaşması, o cümlədən ABŞ və AB rəsmilərinin Gürcüstan dövlətinə siyasi  təzyiqləri onu göstərir ki, Gürcüstanda yeni təlatümlər olacaq. Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin “Gürcüstan iğtişaşlara imkan verməyəcək və bütün qanun pozucuları sərt şəkildə cəzalandırılacaq” fikiri onu gösrərir ki, ABŞ Gürcüstanda hakimiyyət dəyşikliyi etmək planını işə salıb. Birləşmiş Ştatlar İrəvan üzərindən Türkiyə-Azərbaycan, İran-Azərbaycan münasibətlərinə kölgə salmağa çalışıb: Bu planlar alınmır deyə Gürcüstan faktoru önə çıxarılır. Azərbaycanın enerji məhsulları bu ölkə üzərindən Qərbə ixrac edilir. Amerika Saakaşvili kimi birini ortaya çıxarıb dəyişiklik etmək istəyə bilər. Cənubi Qafqazın inkişafı və tərəqqisi üçün 3+3 formatı həyata keçməsi Amerikanın regiona daxil olmasına əngəldir. 3+3 formatına münasibətdə rəsmi Tiflisin mövqeyində müəyyən yumşalma var. Vaşinqton da bu prosesi gördüyü üçün müdaxilə etməyə hazırlaşır. O səbəbdən Gürcüstanda etirazlar baş qaldırası üçün ABŞ dan düymənin basılmasına şübhə yoxdur.  Qərbin Gürcüstanda kataklizm yaratmaqla, əslində, Paşinyanı da hədəfdən yayındırmağa cəhd göstərdiyinə ehtimal var.  Yəni, mürəkkəb və çoxkombinasiyalı strateji prosesi gedir. Əgər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalansa, Qərb regiona nüfuz edə bilməyəcək. Bu müqavilə Moskvanın vasitəçiliyi, Türkiyənin təklif etdiyi dörtlük  formatında və ya 3+3 formatında region dövlətlərinin maraqlarına uyğun reallaşa bilər...

Təqdim etdi: JASMİN