Siyasi ekspert, Strateji Planlaşdırma və  Araşdırmalar İnstitutunun rəhbəri Azad Məsiyevin Qazaxıstanda baş verən son olaylarla bağlı fikirlərini oxucularımıza təqdim edirik:

-Qazaxıstanda baş verən hadisələri necə xarakterizə edərdiniz, baş verən hadisələr sosial etiraz idi, yoxsa Qazaxıstan prezidentinin dediyi kimi, dövlətə qarşı terror hadisəsi? Bir sözlə, Qazaxıstanda nə baş verir?

- Bildiyiniz kimi, Qazaxıstanda yanacağın qiymətinin qaldırılması əhali tərəfindən narazılıqla qarşılandı. Buna səbəb Qazaxıstanın siyasi rəhbərliyinin yanacağın qiymətinin qaldırılması zamanı ictimai fikiri, əhalinin sosial vəziyyətini nəzərə almaması olmuşdur. Hakimiyyət ictimai fikri qəbul etməyəndə əhalinin etiraz edən təbəqəsi radikallaşır. Belə olan təqdirdə, etiraz edən kütlənin maraqları ilə radikal təxtibatçı qurumların maraqları üst-üstə düşür və birgə fəaliyyət edirlər. Qazaxıstanda da hadisələrin birinci mərhələsi bu cür cəryan etdi. Bu prosesdə kütlənin lideri olmadığına görə, kortəbii xalq kütləsi ilə mütəşəkil dəstələrin birgə faliyyəti ixtişaşların baş verməsi ilə nəticələndi.  Mütəşəkkil dəstəni idarə edənlərin məqsədi kütlənin enerjisindən maksimum istifadə edərək dövləti sarsıtmaq, hakimiyyət böhranı yaratmaq və nəticədə dövlət şevirişi həyata keçirməli idi. Təbidir Kİ, bu proseslərdə daxili siyasi qüvvələrlə, xarici xüsusi xidmət orqanların əlinin olması şübhəsiz idi. Bunu isə hadisələri araşdıran istintaq orqanları aşkar etməlidir.

- Qazaxıstan prezidenti Tokayev Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edərək köməyə çağırmaqla iğtişaşların qarşısını almağa çalışır. Bunu necə şərh edərdiniz?

- Qazaxıstan prezidentinin bu müraciəti onu deməyə əsas verir ki, orduya inamsızlıq var. Qazaxıstanda hərbi çevriliş baş verə bilərdi, əgər Prezident KTMT-yə müraciət etməsəydi. İxtişaşı yatırtmaq üçün Qazaxıstan rəhbərliyi ordunun gücündən istifadə etməli idi. Görünür, prezident ordunun ixtişaşçılar tərəfə keçəcəyindən ehtiyat edib. Əgər ordu ixtişaşçılar tərəfə keçsəydi, bu halda hərbi çevrilişin olacağı şübhəsiz olacaqdı, ona görə də prezident KTMT-yə müraciət etmək məcburiyyətində qalıb. İlkin məlumatlara görə, ixtişaşı yatırmaq üçün təxminən 2,5 min nəfərdən ibarət sülhməramlı qüvvələrin kontingenti cəlb edilib. Sual olunur, məgər Qazaxıstanda bu qədər qüvvə yox idimi ixtişaşı yatırtsın???

A.Məmmədli