Azad Məsiyev: «Müharibə Rusiya ilə Ukrayna arasında deyil, əslində, ABŞ-la Rusiya arasında gedir…

Dünyanın diqqəti Rusiya ilə Ukrayna arasında gedən savaşa köklənib, Azərbaycan cəmiyyətinin də diqqəti bu istiqamətli hadisələrə köklənib. Baş verən münaribə ilə bağlı həm dünya, həm də Azərbaycan mediasında müxtəlif fikirlər səslənməkdədir. Bu münaqişədə haqlı və haqlı olmayan tərəf varmı? Bu savaşda günahkar kimdir?

Mövzu ilə bağlı Strateji Planlaşdırma və Araşdırmalar İnstitunun rəhbəri, politoloq Azad Məsiyevin  fikirlərini oxuculara təqdim edirik:

-Dərindən təhlil etsək görərik ki, müharibə Rusiya ilə Ukrayna arasında deyil, əslində, ABŞ-la Rusiya arasında gedir. Ukrayna isə bu prosesdə sadəcə bir poliqondur, Ukrayna dövləti və xalqı ABŞ tərəfindən alətə çevrilib. Bu gün Ukrayna ərazisində, o cümlədən dünyada baş verənlər ABŞ-Rusiya qarşıdurmasının məntiqi nəticəsidir. Bu savaşda “günahkar kimdir” sualına içtimaiyyət düzgün cavab axtarırsa, bu zaman nəticənin, yəni Ukraynadakı hərbi əməliyyatların baş verməsinin səbəbini aydınlaşdırmalıdır. Hər bir hadisəni doğuran səbəb var. Sadəcə, görünənləri görüb qiymət vermək düzgün deyil. Görünən odur ki, Ukraynada insanlar ölür, şəhərlər dağılır, Ukrayna xarabaqlığa çevrilir. Belə vəziyyətin yaranması böyük planın tərkib hissəsidir. Yarandığı gündən Avropa Birliyi, o cümlədən NATO (hərbi və siyasi qanadı) ABŞ-ın təsiri darəsində və himayəsi altında idi. Qeyd etmək yerinə düşırdi ki, AB üç əsas dövlətin iqtisadi və siyasi sütunu üzərində yaradılmışdı. Bu dövlətlər İngiltərə, Almaniya, Fransa idi. AB-nin iqtisadi və siyasi cəhətdən inkişafında pul vahidi olan avro dünya valyutası kimi işlədi və möhkəmləndi. Bu valyutanın möhkəmlənməsi ABŞ-ın pul vahidi olan dolları dünya bazarında sıxışdırmağa başladı və beləliklə, avro dünya bazarında dollara alternativ oldu. Bu illər ərzində AB-nə daxil olan dövlətlər xarici ticarətdə dollardan imtina edir, əvəzində avro ilə ödəniş edirdilər. bir sözlə getdikcə dünya bazarında ödənişlər ABŞ dolları ilə deyil, avro ilə aparılmağa başlanmışdı, belə bir vəziyyət isə ABŞ-ın maraqlarına zərbə vururdu… ABŞ-ın yeganə strategiyası, nəyin bahasına olursa olsun, dolları dünya valyutası kimi qorumaqdır. Hakimiyyətdə (demokrat və ya respublikaçılar) kimin olmasından asılı olmayaraq dövlətin bu strategyiası həmişə  qorunmuş və inkişaf etdirilmişdir. Hakimiyyətə gələn qüvvələr dünya ticarətində dollara mane olan bütün halları aradan götürmək məqsədi ilə taktiki dəyşikiklər edirlər, bu ABŞ dövlətinin ali məqsədidir. Çünki ABŞ dünya dövlətlərini iqtisadi-siyasi cəhətdən öz təsirində saxlamaq mexanizmini pul vahidi olan dolların varlığında görür, dolların zəifləməsi ABŞ-ın çökməsi deməkdir. 

 AB-in dünyadakı artan nüfuzu, pul vahidi olan avronun dünya bazarında dəyərinin qalxması, dollara nisbətən möhkəmlənməsi dollara təhlükə yaradırdı. Eyni zamanda, AB-nin aparıcı, əsas dövlətlərindən olan Fransa və Almaniya rəsmiləri Avropanın öz ordusunun yaranması zamanının gəldiyini bəyan edirdilər. Bir sozlə, AB-nin NATO-ya ehtiyaclarının olmamasını qeyd edirdilər. Xatırlamaq yerinə düşərdi ki, hətta Fransa prezidenti qeyd edirdi ki, “NATO beyin krizisi keçirir”. Bu vəziyyət ABŞ-ın düşünən beyin mərkəzlərini narahat etməyə başladı. Bir sözlə, AB ABŞ-ın təsirindən (həm siyasi, həm iqtisadi, həm də hərbi cəhətdən) tam çıxmaq ərəfəsində idi.

ABŞ-ın dünyanı öz nəzarəti altında idarə etməyə mane olan üç bölgə var, bunlar AB, Rusiya və Çindir.  Avropa kimin nəzarətindədirsə, dünya onun idarəçiliyi altında ola bilər, - kimi nəzəriyyələr mövcuddur. ABŞ strateqləri AB-nin Amerkanın nəzarətində və himayəsində qalması üçün  İngiltərənin AB-dən çıxması lazım idi ki, AB siyasi cəhətdən zəifləsin. Eyni zamanda, ABŞ rəsmiləri Rusiyanı özünə düşmən, Çini isə rəqib elan etdi. Bir sözlə, ABŞ Avropalılarda Rusiya qorxusunu və Rusiya təhlükəsinin mövcudluğunu yaratmalı idi və yaratdı da.

-Bəs Ukrayna-Rusiya müharibəsinin bundan sonrakı inkişafını necə təsəvvür edirsiniz?

- Rusiya-Ukrayna müharibəsi ABŞ-ın strateji planının tərkib hissəsi idi, bu planın əsas oyunçuları Ukrayna, AB və Rusiya oldu. Ukraynada baş verən müharibənin nəticəsi olaraq AB-yi yenə də ABŞ-ın qanadının altına möhkəm sığınmağa məcbur oldu, bu münaqişənin nəticəsi olaraq ABŞ-la yanaşı, AB-də Rusiyanı özünə düşmən elan etdi. Rusiya-Ukrayna münaqişəsinin nəticəsi olaraq ABŞ və AB birlikdə Rusiyaya iqtisadi-siyasi sanksiyalar tətbiq etmək planını işə saldı. Bu sanksiyalara qoşulan əsas dövlətlər AB-nə daxil olan dövlətlərdir. ABŞ-ın planın tərkib hissəsi kimi Rusiyaya tətbiq edilən  sanksiyalar Rusiyanın çökdürülməsinə hesablanıb, bu sanksiyanın əks təsirini AB-ə daxil olan dövlətlər bir müddət sonra hiss edəcəklər, onda gec olacaq. Təsirin əks təsirə bəra bərlik qanunu var. Bir müddətdən sonra AB iqtisadiyyatına dəyəcək zərər heç də Rusiyaya dəyən zərərdən az olmayacaq. Bunun  nəticəsində AB-nin iqtisadi cəhətdən zəifləməsi prosesi başlayacaq. İqtisadiyyatın zəifləməsi pul vahidi olan avronun dəyərdən düşməsi zəruriyyəti yarada bilər ki, bu da ABŞ-ın maraqlarına xidmət edəcəkdir. Rusiya-Ukrayna qarşıdurması elə hazırlanmışdır ki, bu münaqişənin olması da, olmaması da ABŞ-ın maraqlarına xidmət edəcəkdi.   Əgər Rusiya-Ukrayna arasında müharibə baş verməsəydi bu zaman Ukrayna NATO blokuna daxil ediləcəkdi, bu isə Rusiya üçün daha təhlükəli idi. İkincisi, Rusiya ilə Ukrayna arasında müharibənin  baş verməsi yenə ABŞ-ın maraqlarına xidmət etdi, bunun nəticəsi olaraq ABŞ AB-ni öz nəzatərində saxladı, üçüncüsü, ABŞ bununla Rusiyaya  sanksiyalar tətbiq etməklə zəiflətmək imkanlarını əldə edir. Bir sözlə, Ukrayna ABŞ tərəfindən "qurbanlıq" oldu. ABŞ tərəfindən mükəmməl şəkildə  hazırlanmış bu plana görə istər-istəməz Rusiya-Ukrayna-AB bir-birinə qarışmalı idi, qarışdı da. Bu gün Avropada baş verənlər Rusiya-Ukrayna arasında müharibənin səbəbkarı bir mənalı olaraq ABŞ-dır, deyə bilərik

-Əgər Rusiya-Ukraynada hərbi əməliyyatlara başlamasaydı, bu halda Ukrayna NATO blokuna daxil ediləcəkdimi?

-Bəli… Bu hal Rusiya üçün daha təhlükəli olacaqdı, belə ki, bir neçə ildən sonra həmin hərbi əməliyyatların Rusiya ərazisində baş verə biləcəyi şübhəsiz idi. Belə bir deyim var, ən gözəl müdafiə hücumdur. Rusiya bu addımı ilə özünü müdafiə etmiş olur. Təəssüflər olsun ki, Ukrayna rəhbəri Zeleniski xalq və dövlət qarşısında məsuliyyətini hiss etmədi.  Sanksiyalar Rusiya iqtisadiyyatını zəiflədə bilər, amma Rusiya bir dövlət olaraq dağılmayacaq. Müvəqqəti bir dövr var, psixoloji baryerlərə uyğunlaşmaq, yeni maliyyə sisteminə uyğunlaşmaq üçün keçid dövrü var, çətinlik bu baryeri keçənə kimi ola bilər, bir müddət sonra Rusiya daha da güclü dövlətə çevriləcək, imkanlar əldə edəcək, bu imkanlar özünü istər iqtisadi, istər siyasi, istərsə də hərbi sahədə özündə əks etdirə bilər. ABŞ-ın məqsədi Rusiyanı bir dövlət olaraq dağıtmaq, dünya siyasətində güc mərkəzi kimi yox etməkdir. ABŞ-ın təzyiqləri, əksinə, Rusiyanı özünü qoruma instinqi olaraq daha da möhkələndirəcək. İndiki yaranmış vəziyyət bir qədər uzansa da Rusiyanın geriyə yolu yoxdur. Hesab edirəm və hadisələrin də gedişi göstərir ki, Ukranada Zelenski hakimiyyəti dəyişməyincə, Rusiya dayanmayacaq. Ukrayna dövlətinin gələcəyindən asılı olaraq NATO blokunun parçalanma ehtimalı ola bilər. Rusiya Ukrayna müharibəsindən sonra daha sürətli siyasi qərar verə bilər, bu addımlar həm iqtisadi-maliyə sahəsində, həm hərbi sahədə, həm də siyasi sahədə özünü göstərəcək…

Dinlədi: SƏBUHİ


GÜNDƏM

Jurnalistler



Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA